Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizi Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizi Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq

16:36 - 21 / 02 / 2019
Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizi Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq

“Bu gün Azərbaycan əbəs yerə beynəlxalq aləmdə “sabitlik adası” adlandırılmır. Son illərdə dünyanın siyasi mənzərəsinə nəzər yetirsək, kifayət qədər mürəkkəb proseslərin getdiyinin şahidi olarıq.

Bütün bunlara baxmayaraq ölkəmiz uzun illərdir ki, öz inkişaf dinamikasını qoruyub saxlayır, xarici sərmayədarlar üçün etibarlı tərəfdaş rolunda çıxış edir. Təbii ki, bu uğurların kökündə Heydər Əliyev ideyaları dayanır. Məhz 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” dünyanın nüfuzlu xarici şirkətlərini Azərbaycana topladı və uğurlu işbirliyinin əsasını qoydu. Elə o vaxtdan başlayaraq dünya birliyi ölkəmizin inverstiya yatırmaq üçün əlverişli məkan olduğunu gördü.

Zaman keçdikcə bu işbirliyi daha da möhkəmləndi, regiona və dünyaya sülh və təhlükəsizlik, ən əsası inkişaf və böyük gəlirlər vəd edən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələr işə düşdü. Bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində xarici sərmayədarların ölkəmizə olan inam və etibarı daha da artıb, mövcud əməkdaşlıq şəxaləndirilib. 2014-cü ildə təməli qoyulan, 2018-ci ildə möhtəşəm açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi meqalayihəsi bunun əyani sübutudur.

Fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu və digər məsələlərə toxunub, neftdən gələn gəlirlərin iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəldirildiyini bildirib. “Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq” deyən ölkəmizin başçısı neft-qaz sektorunun önəmini vurğulayıb”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə qeyd edib ki, Cənub Qaz Dəhlizi ölkəmizin əməkdaşlıq imkanlarını daha da artıracaq, Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq: “Möhtərəm Prezidentimizin vurğuladığı kimi,  Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir və enerji resurslarının şaxələndirilməsi bütün iştirakçı ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizi Avropa üçün yeni mənbə olmaqla yanaşı, həm də etibarlı və təhlükəsizdir. Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişəcək bir layihədir. Hesab edirəm ki, gələcəkdə bu layihəyə qoşulmaq istəyən ölkələrin sayı daha da artacaq”.  

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, Azərbaycan Prezidentinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında səsləndirdiyi fikirlər ölkəmizə olan inamı daha da artırır: “Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Təbii ki, enerji təhlükəsizliyi olmadan hansısa milli təhlükəsizlikdən danışmaq çətindir. “Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq” deyən ölkəmizin başçısı tərəfdaş ölkələri əmin edib ki, Cənub Qaz Dəhlizi etibarlı layihədir. Hesab edirəm ki, ölkəmizin dünya miqyasında nüfuzunu, çəkisini artıran amillərdən biri də məhz budur. Azərbaycan hər zaman verilən vədləri yerinə yetirir, möcuzə kimi görünən layihələri gerçəkləşdirir”.

S.Xankişiyeva

 

Paylaş:
408

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər