Vüqar Rəhimzadə: Aktau konvensiyası Xəzəryanı ölkələr arasında yeni əməkdaşlıq platforması yaradacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüqar Rəhimzadə: Aktau konvensiyası Xəzəryanı ölkələr arasında yeni əməkdaşlıq platforması yaradacaq

12:40 - 14 / 08 / 2018
Vüqar Rəhimzadə: Aktau konvensiyası Xəzəryanı ölkələr arasında yeni əməkdaşlıq platforması yaradacaq

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi hadisədir. Xəzərin hüquqi statusu barədə Konvensiyanın imzalanması ilə bağlı keçirilən görüşlər, aparılan danışıqlar nəhayət, məntiqi sonluqla yekunlaşdı.

Bunu 1news.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə avqustun 12-də Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən Xəzəryanı ölkələrin V sammitində Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyanı şərh edərkən deyib.

Sənəd üzərində işin 1996-cı ildən aparılmağa başlandığını diqqətə çatdıran baş redaktor əlavə edib ki, 2003-cü ildə Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atılıb:

“2010-cu ildə Bakıda keçirilən III Zirvə toplantısı əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi töhfə verib, “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. 2018-ci ilin mart ayında İranın Prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri zamanı imzalanan “Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu Konvensiyanın razılaşdırılması istiqamətində böyük önəm daşıyır. Sevindirici haldır ki, Konvensiya uzun illərdir Xəzər hövzəsindəki mövcud ziddiyyətli məqamlara son qoyacaq, yeni əməkdaşlıq platforması yaradacaq”.

Sözügedən konvensiyanın imzalanması ilə Xəzərin sabitlik və əməkdaşlıq dənizinə çevrildiyini deyən V.Rəhimzadə qeyd edib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında çıxışı zamanı Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər regionda gələcəkdəki uğurlu əməkdaşlıqlardan, sülh və sabitliyin daha da möhkəmləndirilməsindən xəbər verir:

“Regionda sülh və mehriban qonşuluq siyasəti həyata keçirən Azərbaycan xarici siyasət kursunda daim bu prinsipləri əsas götürüb. Elə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrə nəzər salsaq görərik ki, bütün bunlar sülh və təhlükəsizliyə, qarşılıqlı faydalı münasibətlərin qurulmasına və daha da genişləndirilməsinə xidmət edir.

“Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”, - söyləyən möhtərəm Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, Konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqların həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır. Qeyd etdiyimiz kimi, ümumilikdə Azərbaycan regional sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verir”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Konvensiyanın imzalanmasında mühüm məqamlardan biri də Xəzər hövzəsində dondurulmuş və mübahisəli yataqların birgə işlənilməsi ilə bağlı olacaq:

“Azərbaycan uzun illərdir ki, Xəzər hövzəsindən hasil etdiyi enerji resurslarını Avropaya ixrac edir. Məlum olduğu kimi, XXI əsrin layihəsi adlandırılan və dünyanın enerji xəritəsini dəyişən “Cənub Qaz Dəhlizi” layihəsinin əsas təbii qaz mənbəyi “Şahdəniz” qaz-kondensat yatağıdır. Göründüyü kimi, ölkəmizin sahib olduğu enerji resursları milli maraqlarımıza, xalqımızın mənafeyinə uyğun istifadə olunmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm amildir. Şübhəsiz ki, Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan Konvensiyadan böyük iqtisadi fayda götürəcək, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneələr aradan qaldırılacaq. Bu gün mütəxəssislərin hesablamalarına görə, Xəzərin şelfində 50 milyard barrel neft və 9 trilyon kubmetr qaz yataqları var. Bu yataqların istismarı isə Xəzəryanı ölkələrə bir neçə trilyon dollar gəlir gətirəcək. Bununla yanaşı, daha çox yataqların kəşf olunacağı da mümkün proqnozlar sırasındadır”,- deyə Vüqar Rəhimzadə vurğulayıb.

Konvensiyanın beynəlxalq yükdaşımalarda Xəzəryanı ölkələrin rolunu daha da artıracağı qənaətində olan V.Rəhimzadə əlavə edib ki, yeni əməkdaşlıq platforması beynəlxalq yükdaşımalarında Xəzər beşliyi ölkələrinin payının artmasına gətirib çıxaracaq:

“Bu gün Avropa İttifaqı ilə Çin arasında yük daşımalarının 3 faizi regionun payına düşür. Mövcud razılaşmadan sonra bu rəqəm artacaq, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına yeni təkan verəcək. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır. Azərbaycanın öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb və Şimal-Cənub dəhlizləri iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, ölkələri bir-birinə yaxınlaşdıran, sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir”.

Babək Cahandarov

Paylaş:
626

Son xəbərlər

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb - FOTO - VİDEOBu gün, 15:39Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilirBu gün, 15:36İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 15:17Mayın 15-dən MİQ üçün elektron sənəd qəbuluna başlanılacaqBu gün, 15:13Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verilibBu gün, 15:11Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olubBu gün, 15:03Hərbçilərə növbəti dəfə daimi mənzillər verilib - FOTOBu gün, 14:49Lənkəranın Kərgəlan kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 14:34Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaqBu gün, 14:28Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirirBu gün, 14:18TƏBİB: Zaqatalada zəhərlənməyə görə gətirilənlərdən 32-si evə buraxılıbBu gün, 14:13“Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək” - PrezidentBu gün, 14:03Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıbBu gün, 14:02Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basıbBu gün, 14:01Prezident: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadırBu gün, 13:56İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 13:54Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çeviriBu gün, 13:51Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - FOTOBu gün, 13:49DSMF Gəncədə ictimai dinləmə keçirəcəkBu gün, 13:36Kamaləddin Qafarov: “Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər”Bu gün, 13:14
Bütün xəbərlər