VI Qlobal Bakı Forumunda “Güc anlayışı: böyük güclər və digərləri” mövzusu müzakirə edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

VI Qlobal Bakı Forumunda “Güc anlayışı: böyük güclər və digərləri” mövzusu müzakirə edilib – FOTO

17:00 - 15 / 03 / 2018
VI Qlobal Bakı Forumunda “Güc anlayışı: böyük güclər və digərləri” mövzusu müzakirə edilib – FOTO

Bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumu öz işinə başlayıb. Açılış mərasimindən sonra Forum işini panel iclasları ilə davam etdirib.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Forumun birinci panel iclası “Güc anlayışı: böyük güclər və digərləri” mövzusuna həsr olunub. İclasın moderatoru, Serbiya Respublikasının sabiq prezidenti Boris Tadiç qloballaşma dövründə regionda və dünyada yaşanan problemlərdən danışıb, bu münaqişələrin yaranmasında və onların həlli prosesində güc amilinin roluna nəzər yetirib.

İclasın əsas məruzəçisi olan Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım çıxışında Forumda qlobal məsələlərin müzakirə olunduğunu, dünyada baş verən problemlərin həlli yolları barədə ətraflı və səmərəli fikir mübadiləsinin aparıldığını bildirib. Binəli Yıldırım qeyd edib ki, türk-İslam mədəniyyətinin zirvələrindən sayılan Nizami Gəncəvi yaradıcılığında insan və humanitar məsələlərə geniş yer ayırıb. O, Nizami Gəncəvinin və türk dünyasının digər görkəmli alim və mütəfəkkirlərinin ideya və dəyərlərinin, onların yaradıcılığının geniş təbliğ edilməsinin vacibliyini bildirərək, hazırkı dövrdə buna böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Türkiyənin Baş naziri deyib ki, qloballaşmanın təqdim etdiyi imkanlar barədə çox danışılır, lakin onun gətirdiyi problemlər və bunun üçün tələb olunan vəsaitlər barədə isə çox az söhbət açılır. Müasir texnologiyalar, İKT həyatımızı asanlaşdırdığı kimi, müxtəlif problemlərin də yaranmasına səbəb olur. Terrorizm, kiberhücumlar və s. problemlər artıq bütün dünyanı təhdid edən ciddi təhlükələrdir. Heç bir ölkə bu təhdidlərdən sığortalanmadığı kimi, ona qarşı da təkbaşına mübarizə apara bilməz. Buna görə də dünya ölkələri bu təhdidlərə qarşı birlikdə mübarizə aparmalıdırlar.

Türkiyənin Baş naziri bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Myanmada Rohingya müsəlmanlarının etnik təmizləmə siyasətinə məruz qalmasının, Suriya və İraq böhranlarının bütün dünyanın ortaq problemləri olduğunu və bu münaqişələrin tezliklə həll edilməsinin vacibliyini diqqətə çatdırıb. Baş nazir Binəli Yıldırım bütün bu problemlərin həll edilməsi üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, BMT-də islahatların aparılmasının önəmini qeyd edib.

Çıxışında Azərbaycanın və Türkiyənin birlikdə regional və beynəlxalq əməkdaşlığa böyük töhfələr verdiklərini bildirən Binəli Yıldırım bu baxımdan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, TANAP və digər layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Türkiyənin dünyada sülhün və əməkdaşlığın inkişafı, terrorizmə qarşı mübarizə sahələrində fəal iştirak etdiyini deyən Baş nazir Binəli Yıldırım ölkəsinin 4 milyona yaxın suriyalı qaçqını məskunlaşdırdığını bildirib, Türkiyənin İŞİD-ə, eləcə də Afrin əməliyyatında PKK, PYD/YPG terror qruplaşmalarına qarşı uğurlu antiterror əməliyyatlarından danışıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa qloballaşma dövründə müasir cəmiyyətlərin həyatında yeni sosial problemlərin meydana çıxdığını qeyd edib, onların təsirlərinin azaldılmasının vacibliyini vurğulayıb. Dünyada sülhün və əməkdaşlığın inkişafında fərqliliklərin aradan qaldırılmasının önəmini qeyd edən Vayra-Vike Freyberqa dedi ki, Avropa ötən yüzillikdə baş verən iki Dünya müharibəsindən ciddi dərs alıb. Buna görə də biz müxtəlif mədəniyyətlərə hörmətlə yanaşmalıyıq. Bu məsələdə insanların iradəsi əsas götürülməlidir.

ABŞ-ın BMT-dəki sabiq səfiri, “Gryphon Partners və Halilzad Associates”in prezidenti Zalmay Xəlilzad qeyd edib ki, biz hazırda olduqca mürəkkəb dövrdə yaşayırıq. Bu mürəkkəbliyin əsas səbəbi böyük güclərin arasında rəqabətin olmasıdır. Konfransın aktual mövzuya həsr edildiyini diqqətə çatdıran Z.Xəlilzad bildirib ki, bu hədəfə nail olmaq üçün beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir. Böyük güclər arasında tarazlığın pozulması müxtəlif coğrafiyalarda münaqişə ocaqlarının yaranmasına səbəb olur. Bu vəziyyət davam etsə münaqişə ocaqlarının sayı daha da arta bilər. Bunun üçün mühüm beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də ciddi islahatlar aparılmalıdır.

Rusiyalı politoloq, Xarici və Müdafiə Siyasəti Şurası Rəyasət Heyətinin fəxri sədri, Rusiya Ali İqtisadiyyat Məktəbinin dünya siyasəti fakültəsinin dekanı Sergey Karaqanov dünyada gedən münaqişələrin baş vermə səbəblərindən danışıb. Diqqətə çatdırıb ki, münaqişələr olduqca ciddi fəsadlarla nəticələnir. Buna görə də hazırkı münaqişələrin həllinə diqqət artırılmalı, yeni konfliktlərin yaranmaması üçün dialoq və əməkdaşlıq gücləndirilməlidir.

İtaliya Senatının vitse-prezidenti Linda Lanzillotta bildirib ki, müasir dövrdə baş verən münaqişələrin qarşısını yalnız çoxtərəfli əməkdaşlıq sayəsində almaq mümkündür. Biz dayanıqlı cəmiyyətlər yaratmalı, qlobal problemlərin həllinə ciddi yanaşmalıyıq.

Xarici Əlaqələr üzrə Çin Xalqlar İnstitutunun sabiq prezidenti, Çinin Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun vitse-sədri Mey Caoran diqqətə çatdırıb ki, biz inklüziv cəmiyyətlərin yaradılması, əməkdaşlığın dərinləşdirilməsi, dünyadakı problemlərin həlli istiqamətində ciddi iş aparmalıyıq. O, inklüziv cəmiyyətlərin inkişafında sabitliyin və rifahın önəmini qeyd edərək bir çox ölkələrdə, xüsusən Çində bu istiqamətdə həyata keçirdiyi islahatlardan və onların uğurlu nəticələrindən danışıb. Bildirib ki, bu cür inkişaf münaqişələrin qarşısının alınmasında mühüm rol oynaya bilər.

Avstriyanın sabiq federal kansleri Verner Fayman inklüziv cəmiyyətlərin inkişafında cəmiyyətlər və ölkələr arasında əlaqələrin gücləndirilməsinin önəmini vurğulayıb. Bu baxımdan Avropa İttifaqı ölkələri arasındakı mövcud əməkdaşlığın uğurlu model kimi qəbul oluna biləcəyini qeyd edən V.Fayman diqqətə çatdırıb ki, dayanıqlı gələcək üçün hamının təhsilə əlçatanlığı təmin olunmalıdır. Bu gün təhsilə daha çox investisiya yatıran ölkələr gələcəkdə güclü dövlətlərə çevriləcəklər.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

Forum panel iclasları ilə davam edir.

S.Xankişiyeva

Paylaş:
566

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər