VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Prezidentə müraciət edib | 1news.az | Xəbərlər
Siyasət

VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Prezidentə müraciət edib

16:35 - 20 / 02 / 2018
VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Prezidentə müraciət edib

12 – 18 fevral 2018-ci il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayaraq unudulmaz təəssüratlarını ifadə ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, müraciətdə deyilir:

“Zati-aliləri, cənab Prezident!

Biz, Azərbaycanda keçirilən VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin dünyanın 17 ölkəsindən olan iştirakçıları 12-18 fevral 2018-ci il tarixlərində bir araya gəldik.

Sizin sərəncamlarınız əsasında Azərbaycanda 2016-cı il “Multikulturalizm ili” və 2017-ci ilin “İslam həmrəyliyi ili” olaraq  və eləcə də mədəniyyətlərarası dialoqun əsas platforması olan Bakı Prosesinin 10 illiyinin bəyan edilməsi aydın şəkildə göstərir ki, Azərbaycan Respublikası multikultural və tolerant dövlətdir.

Qış məktəbi ərzində iştirak etdiyiniz tədbirlər, görüşdüyümüz adamlar və səfər etdiyimiz müxtəlif yerlər bütün millətlərin və dini etiqadların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqları bir ölkə kimi Azərbaycan haqqında nəzəri biliklərimizi dərinləşdirdi və möhkəmləndirdi.

Biz, Azərbaycandan və 16 ölkədən olan nümayəndələr, Azərbaycanın Gənc Dostları Klubunun üzvləri olaraq multikulturalizmin Azərbaycan modeli, bu ölkədəki tolerantlıq mühiti və bu istiqamətdə aparılan dövlət siyasəti haqqında öz fikirlərimizi və təəssüratlarımızı paylaşmaq məqsədilə bu məktəbə gəldik.

Dünyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 7 filialı fəaliyyət göstərir. Bu yaxında daha bir filial da ABŞ-da açıldı.

Hörmətli cənab Prezident!

Sizə bildirmək istərdik ki, Azərbaycan, o cümlədən onun multikultural dəyərləri, zəngin tarixi və mədəniyyəti haqqında doğru məlumatları dünyaya yaymaqla bağlı fəaliyyətimizi davam etdirmək həvəsi və qətiyyətilə Azərbaycanı tərk edirik.

Fürsətdən istifadə edərək Sizə ən dərin ehtiramlarımızı bildiririk.”

Xatırladaq ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində 17 ölkənin - Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Moldova, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-a yaxın tələbə iştirak edib.

Artıq ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

1news.az

Paylaş:
811

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər