Vergi Məcəlləsinə son dəyişikliklər kimlərin xeyrinə olacaq? | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vergi Məcəlləsinə son dəyişikliklər kimlərin xeyrinə olacaq?

09:36 - 10 / 12 / 2018
Vergi Məcəlləsinə son dəyişikliklər kimlərin xeyrinə olacaq?

Vergi Məcəlləsinə son dəyişikliklər layihəsində fərdi qaydada sahibkarlıqla məşğul olan fiziki şəxslərin, yəni sabit vergi ödəyicilərinin siyahısının genişləndirilməsi nəzərdə tutulur.

Hazırda sabit vergi ödəyicisi siyahısına fərdi yaşayış evlərində və mənzillərdə çalışan ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və nəqqaşlıqla məşğul olan şəxslər daxildir.

2019-cu ildən artıq bu siyahıya bərbərlər (sabit məbləğ 20 manat), dərzilər (sabit məbləğ 10 manat) və ofisiantlar (sabit məbləğ 10 manat) da daxil ediləcəklər. Bununla da onların vergi yükü xeyli azalacaq, baxmayaraq ki, sabit məbləğlərə əmsallar da tətbiq ediləcək. Nəzərdə tutulan əmsallar isə dəyişməz olaraq qalacaq. Belə ki, Bakı şəhərində bu əmsal (kənd və qəsəbələr daxil olmaqla) 2.0, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1.5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1.0, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 0.5 olacaq. Məsələn, Bakıda işləyən bərbər 40 manat (20 manat sabit məbləğ x 2 əmsal), dərzi və ofisiantlar isə 20 manat (10 manat sabit məbləğ x 2 əmsal) ödəyəcəklər. Digər bir misal: bu qaydaya əsasən, Gəncədə bərbər 30 manat (20 manat sabit məbləğ x 1.5 əmsal), dərzi və ofisiantlar isə 15 manat (10 manat sabit məbləğ x 1.5 əmsal) vergi ödəyəcəklər.

Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, əslində yeni qanun böyük bir şey tələb etmir: "Fərdi qaydada işləyən şəxslər əvvəllər də vergi ödəyicisi idilər, dəyişikliklər qüvvəyə mindikdən sonra onlar sabit qaydada vergi ödəyəcəklər".

Qeyd olunub ki, bu yeniliklər fərdi qaydada sahibkarlıqla məşğul olan şəxsləri əlavə vergi inzibatçılığından azad edəcək: "Qanun Milli Məclis tərəfindən qəbul edilib və qüvvəyə mindikdən sonra fərdi qaydada işləyən sahibkarlar bu barədə məlumatlandırılacaq".

Nazirlikdən bildiriblər ki, yeni qayda əslində sahibkarlar üçün çox əlverişlidir: "Məsələn, hazırda Bakıda işləyən bərbər gəlirin 4%-ni (digər bölgələrdə - 2%) ödəyirsə, 2019-cu ildən o, gəlirindən asılı olmayaraq vergini sabit formada ödəyəcək. Bu ona görədir ki, fərdi qaydada işləyən şəxslər əlavə vergi inzibatçılığından azad edilsin, həm də vergi yükü yüngülləşdirilsin. Bu, kiçik sahibkarlığa edilən güzəştlərdən biridir. Bununla yanaşı, onlar vergi orqanına hər rüb uzrə bəyannamənin təqdim edilməsindən də azad ediləcək".

S.Xankişiyeva

 

 

Paylaş:
659

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər