Valideynlərini öldürən şəxsin meşədə axtarışına başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Valideynlərini öldürən şəxsin meşədə axtarışına başlanılıb

13:49 - 23 / 09 / 2017
Valideynlərini öldürən şəxsin meşədə axtarışına başlanılıb

Gədəbəyin Qurudərə kəndində yaşlı valideyinlərini bıçaqlayaraq öldürən Şöhrət Məsimovun meşədə gizləndiyi təxmin edilir.

1news.az xəbər verir ki, bu barədə "Sputnik"ə hüquq-mühafizə orqanlarındanb deyiblər. Həmin şəxsin 2000-ci illərin əvvəllərində Rusiyada daha bir qətl törətdiyi üzə çıxıb. Hazırda Gədəbəy Rayon Polis İdarəsinin əməliyyatçıları Qurudərə kəndi ətrafındakı meşələrdə qatili axtarırlar. 

Xəbər verildiyi kimi sentyabrın 21-də Məsimov evdə atası, 1931-ci il təvəllüdlü Mikayıl Məsimovu sinəsindən iki bıçaq vurmaqla öldürüb. Daha sonra anası, 1938-ci il təvəllüdlü Ayna Məsimovanı bıçaqlayıb. Məlumata görə, yaşlı qadın ərinin öldürüldüyünü görəndə həyətə qaçıb canını qurtarmağa çalışıb, ancaq oğlu onu həyətdə haqlayaraq kürəyindən bıçaqla vuraraq öldürüb. Daha sonra hadisə yerindən qaçaraq gizlənib.

Qonşuların bildirdiyinə görə oğulla valideynləri arasında münaqişə Şöhrət Məsimovun bacısına görə yaranıb. Onun bacısı kənddə valideynlərindən ayrı yaşayır və atasının evinə qayıtmaq istəyirdi. Məsimov isə bununla razı deyilmiş və valideynləri qızı ata evinə geri qaytarmağa razılaşdıqlarına görə onları öldürüb. Qonşular Məsimovla valideyinləri arasında bu məsələ ilə bağlı mübahisənin şahidi olublar və ehtimal edirlər ki, qətlin motivi məhz həmin münaqişədir.

İstintaq orqanlaır isə müəyyən ediblər ki, Şöhrət Məsimov bundan əvvəl də qətl törədib. O, 2000-ci illərin əvvəllərində Rusiyada adam öldürüb və bu cinayətə görə məsuliyətə cəlb olunmayıb.

Azərbaycana qaçaraq burada yaşamağa başlayıb. Rusiya hüquq-mühafizə orqanları isə Məsimovun törətdiyi qətllə bağlı Azərbaycan tərəfinə sənədləri təqdim etməyib.

1news.az

Paylaş:
874

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər