Vahid Əhmədov: TANAP siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vahid Əhmədov: TANAP siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir

16:38 - 13 / 06 / 2018
Vahid Əhmədov: TANAP siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir

TANAP layihəsi bizim dövlətimiz, bölgəmiz üçün çox əhəmiyyətli və vacib bir layihədir.

Bunu 1news.az-a açıqlamasında  iqtisadçı millət vəkili Vahid Əhmədov iyunun 12-də Türkiyədə baş tutan TANAP layihəsinin açılış mərasimi barədə danışarkən deyib. O bildirib ki, bu layihə həm siyasi, həm də iqtisadi cəhətdən əhəmiyyət daşıyır:

“Layihənin siyasi tərəfinə toxunarkən onu demək olar ki, necə ki, biz 20-ci əsrdə, 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”ni imzalamışıq, bu da faktiki olaraq 21-ci əsrin müqaviləsidir. Düzdür, “Cənub Qaz Dəhlizi”nin  məbləği çox deyil, yəni ümumi investisiya qoyuluşu 40 milyard dollar təşkil edir, amma region, Avropa üçün mühüm bir layihədir. “Cənub Qaz Dəhlizi” başa çatanda, 2020-ci ildə təxminən 31 milyard kub metr qaz ixrac ediləcək, hardasa 35-36 min adam borunun çəkilməsi ilə əlaqədar işlərdə çalışacaq. Burada böyük dövlətlər, iri şirkətlər iştirak edirlər. İnvestisiya qoyan tərəflər sabitliyin, təhlükəsizliyin olmasında maraqlıdırlar”.

Millət vəkili vurğulayıb ki, bu layihə Azərbaycanın müstəqülliyinin möhkəmlənməsi üçün də əhəmiyyətlidir: “Çünki dövlət maraqlıdır ki, Azərbaycanda ciddi problem olmasın. “Əsrin müqaviləsi” kimi bu da müstəqilliyimizin qarantı olan layihələrdən biridir”.

İqtisadi  əhəmiyyətinə gəlincə, V.Əhəmədov bildirib ki, Azərbaycanın zəngin qaz ehtiyatları var, bu kəmərlə əlaqədar olaraq Türkmənistanla, İranla müəyyən danışıqlar gedir, ola bilər ki, Türkmənistan da sonradan kəmərə qoşulsun:

“Yəni kəmər iqtisadi cəhətdən mühüm rola malikdir. Qazın ixracı Azərbaycana yüz milyardlarla vəsait gətirəcək. Bu, bizim üçün çox əhəmiyyətlidir”.

Millət vəkili əlavə edib ki, TANAP-ın istismara verilməsi həm də Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür:

“ Azərbaycan və Türkiyənin münasibətlərində heç bir problem yoxdur, biz qardaş ölkələrik. Türkiyə də bizim öz dövlətimizdir, mərhum Heydər Əliyev dediyi kimi, biz bir millət, iki dövlətik. Əgər Türkiyənin dəstəyi olmasaydı, bu layihəni biz çətin həyata keçirərdik. Türkiyə bölgədə nüfuzu, yeri olan dövlətdir. NATO- nun üzvüdür və bizə qardaş olan dövlətdir. Əlaqələrimiz çox yüksək səviyyədədir. Azərbaycan Türkiyəyə 13 milyard manata yaxın investisiya qoyub, dövlət başçısının dediyi kimi bunu 20 milyard dollara çatdırmağa çalışacağıq”.

V.Əhmədov layihənin Avropa üçün də böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Çünki Rusiya ilə Ukrayna arasında münasibətlər kəskinləşdikcə, qışda Avropanın enerji ilə təminatında daim problem yaranır, gah qaz kəsilir, gah verilmir və s. İkincsi isə alternativ enerji mənbələri olanda qiymətdə də müəyyən enmələr olur. Bu, Avropa üçün çox əhəmiyyətlidir, Azərbaycan qazı bazarlara çıxandan sonra qiymətlər bir qədər ucuzlaşacaq. Onu da qeyd edim ki, belə layihləri hər yerdə həyata keçirmək mümkün deyil. Bu, iri beynəlxalq həcmli layihədir. Beynəxalq banklar, tanınmış şirkətlər, dövlət başçıları reallaşmasında iştirak edirlər. Biz bu layihənin gerçəkləşməsi ilə neçə illər ərzində divident əldə edəcəyik. Neftdə müəyyən azalmalar gedəcək, onun yerini bizim qaz ehtiyatlarımız dolduracaq.

Bizim üçün əsas olan nədir? Müstəqiliyimiz daha da möhkəmlənsin, stabitlik olsun. Bu layihələr qarant rolunu oynayır, çox ciddi layihədir və Prezidentin bu istiqamətdə gördüyü işləri çox yüksək qiymətləndirirəm”.

Deputat İtaliyanın yeni hökumətinin TAP layihəsinə mənfi yanaşmasını da şərh edib. Onun sözlərinə görə, İtaliyada yeni partiya hakimiyyətə gəlib, hazırkı hökumət Rusiya ilə isti münasibətlərə malikdir:

“Amma İtaliya da Avropa dövlətidir və kənara çıxa bilməz. Yeni hakimiyyətə gələn qüvvələr ola bilər ki, divident əldə etmək istəyirlər, qazın ixracı ilə bağlı müəyyən tariflər var, bəlkə onda oynamaq istəyirlər və s.  Rusyanın da bəlkə təsiri var. Çünki Rusiya bizim qazımızın öz ərazisi ilə ixrac edilməsində maraqlıdır, amma faktiki olaraq Avropa bazarında hegemonluğu saxlamaq istəyir.

Azərbaycan Prezidenti siyasi iradəsini ortaya qoydu və Türkiyə vasitəsilə qazı ixrac etməyə başlanıb. İtaliya ilə də heç bir problem olmayacaq və TAP-ın istiqamətinin dəyişdirilməsi mümkün deyil. Bu, heç vaxt baş verməyəcək, çünki beynəlxalq layihədir”.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur.

1news.az

 

Paylaş:
342

Son xəbərlər

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!08 / 05 / 2024, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilib08 / 05 / 2024, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülüb08 / 05 / 2024, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB08 / 05 / 2024, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilib08 / 05 / 2024, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib08 / 05 / 2024, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq08 / 05 / 2024, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcək08 / 05 / 2024, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır08 / 05 / 2024, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandı08 / 05 / 2024, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 108 / 05 / 2024, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb08 / 05 / 2024, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq08 / 05 / 2024, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir08 / 05 / 2024, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİB08 / 05 / 2024, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ08 / 05 / 2024, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edib08 / 05 / 2024, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA08 / 05 / 2024, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 108 / 05 / 2024, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşüb08 / 05 / 2024, 15:48
Bütün xəbərlər