Üzeyirin “səsi” London küçələrindən gəlir – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Üzeyirin “səsi” London küçələrindən gəlir – VİDEO

15:25 - 09 / 08 / 2018
Üzeyirin “səsi” London küçələrindən gəlir – VİDEO

“BBC Azərbaycan”ın müxbiri Vüsal Həmzəyev London küçələrində gəzinti zamanı İngiltərənin paytaxtında müğənni Üzeyir Mehdizadənin mahnılarına qulaq asıldığının şahidi olub.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, Həmzəyevin təqdim etdiyi videoda yer alan türkiyəli London rikşaçıları (red. – kiçik ikitəkərli arabaya qoşulub minik və yük aparan adam) böyük həvəslə Üzeyir Mehdizadəni dinlədiyini bildirir.

“Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa Londonda Azərbaycan musiqisi sədaları altında gəzintiyə çıxaram”, - deyə Həmzəyev söyləyib.

Türkiyəli rikşaçının məsələyə münasibəti belə olub:

“Sevdiyim bir neçə Azərbaycan mahnısı var. “Çırpınırdı Qara dəniz” və “Yaxşı olar” mahnısını çox sevirəm”, - deyə türkiyəli rikşa bildirib.

Qeyd edək ki, azərbaycanlı müğənni Üzeyir Mehdizadənin mahnıları uzun müddətdir ki, Azərbaycan cəmiyyətini iki yerə parçalayıb.

Belə ki, bir qrup onun mahnılarının bayağı olduğunu desə də, digərləri xaricdə yaşayan azərbaycanlılar, eləcə də əcnəbilərin Mehdizadəyə qulaq asdığını əsas gətirərək, ona sevgi və rəğbətlərini ifadə edirlər.

Mübahisələr kifayət qədər gərgin şəraitdə keçsə də, etiraf etmək lazımdır ki, cəmiyyət tərəfindən həqiqətən də Mehdizadənin yaradıcılığına böyük maraq müşahidə olunur.

Onu da əlavə edək ki, Üzeyir Mehdizadənin London küçələrində səslənən “Yaxşı olar” mahnısının  klipi və klipsiz versiyası YouTube-də 73 milyondan çox izlənmə sayı toplayıb.

S.Xankişiyeva

 

Paylaş:
1690

Son xəbərlər

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58
Bütün xəbərlər