Uşaqların ürək əməliyyatı dövlət hesabına aparılacaq – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaqların ürək əməliyyatı dövlət hesabına aparılacaq – VİDEO

12:11 - 24 / 01 / 2018
Uşaqların ürək əməliyyatı dövlət hesabına aparılacaq – VİDEO

Ürək qüsuru olan uşaqların əməliyyat olunması üçün dövlət büdcəsindən ilk dəfə olaraq ayrıca vəsait ayrılıb.

1news.az Xəzər TV-yə istinadən xəbər verir ki, eşitmə və ürək qüsurlu uşaqlar üçün nəzərdə tutulan 4 milyon manat vəsait bu xəstəlikdən əziyyət çəkən çoxlu sayda uşağın əməliyyat xərclərinə yönləndiriləcək.

Kardioloq Anar Əmrah bildirir ki, Azərbaycanda doğulan hər 1000 uşaqdan 8-i ürək qüsuru ilə dünyaya gəlir. Ən acınacaqlı məqam isə budur ki, valideynlər bəzən uşaqların xəstə olmasından çox gec xəbər tuturlar. Bu isə hətta onların əməliyyat edilmə şansını da əllərindən alaraq həyatı bahasına başa gəlir.

Mütəxəssisin sözlərinə görə, ürək qüsurları özünü bəzi əlamətləri ilə göstərir. Belə halları müşahidə edən valideynlər sonradan peşmançılıq yaşamamaq üçün dərhal həkimə müraciət etməlidir.

Həkimin sözlərinə görə, ailələr uşaq dünyaya gəlməzdən öncə mütləq müayinələrdən keçməli və qarşılaşa biləcəkləri problemləri öncədən öyrənməlidirlər. Sonradan yarana biləcək ürək qüsurlarından yaxa qurtarmaq üçün uşaqlar kiçik yaşlardan sağlam qidalandırılmalı, şəkərli qidalardan uzaq tutulmalı və idmana yönəldilməlidir.

Onu da qeyd edək ki, ürək qüsurlu uşaqların müalicəsi üçün 2 milyon manat vəsaitin yönləndirilməsi nəzərdə tutulur. Hazırda ürək əməliyyatlarının orta qiyməti 6 min manat hesab olunarsa, bu vəsaitlə 330-dan çox uşağı əməliyyat edərək həyata qayratmaq mümkün olacaq.

1news.az

Paylaş:
1556

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər