Uşaqlarda ən çox rast gəlinən göz xəstəlikləri | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaqlarda ən çox rast gəlinən göz xəstəlikləri

13:41 - 27 / 06 / 2019
Uşaqlarda ən çox rast gəlinən göz xəstəlikləri

Müasir dövrdə uşaqların sosial şəbəkə və planşetlərdən uzun müddət istifadə etməsi, monitorlarla yaxından təması görmə zəifliyinə səbəb olur. Bu da gözqırpma qüsurları, miopiya, astiqmatizm kimi göz xəstəliklərinin artmasına aparıb çıxarır.

Bir dəqiqədə 16 dəfə göz qırpması olduğu halda oyunlar zamanı monitora diqqətlə baxmaq uşaqlarda qırpma hərəkətlərinin azalmasına, gözdə quruluq və digər xəstəliklərinin yaranmasına səbəb olur.

Bakı Baş Səhiyyə İdarəsinin Baş Oftalmoloqu Sevda Bəşirova AZƏRTAC-a məlumat verərək deyib: “Təəssüf ki, kiçikyaşlı uşaqlarda irsi əlamətlər vaxtında aşkar edilmir. Həmin uşaqlar məktəbə gedən zaman onların lövhəni yaxşı görmədiyi, yazı yazarkən hərfləri bir-birinə qarışdırdığı meydana çıxır”.

Uşaqların müntəzəm olaraq göz müayinələrindən keçməsi vacibdir. Düzgün eynək təyin olunması müalicənin başlıca prinsiplərindən biridir. Əgər gözdə çəplik, göz qapaqlarının düşüklüyü varsa, bu, əməliyyata səbəb ola bilər.

Baş oftalmoloq deyir: “Yaş yarımınadək uşaqlar monitorlardan uzaq olmalıdırlar. Məktəbyaşlı uşaqların gün ərzində 1 saatdan artıq monitor qarşısında durması məsləhət görülmür”.

Ən çox rast gəlinən problemlərdən biri də göz tənbəlliyi hesab edilir. Bu, gözlərdən biri və ya hər ikisində görmə faizinin aşağı olması nəticəsində meydana çıxır. Göz tənbəlliyi erkən dövrdə maksimal praktik hədd hesab edilən 7 yaşa qədər aradan qaldırılmalıdır. Müalicə isə nəzərdə tutulan aparatlar vasitəsilə aparılır.

1news.az

Paylaş:
3021

Son xəbərlər

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09
Bütün xəbərlər