Uşaq bağçalarına qəbul elektron qaydada olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaq bağçalarına qəbul elektron qaydada olacaq

12:10 - 23 / 04 / 2019
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, uşaqların qəbulunda şəffaflıq və digər məsələlərə həsr olunmuş müşavirə keçirilib.

İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, müşavirədə son illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə təhsilə, xüsusən də məktəbəqədər təhsil müəssisələrinə olan diqqət və qayğısının nəticəsində görülən işlər barədə məlumat verilib, məktəbəqədər uşaq müəssisələrinin tikintisi, əsaslı təmiri və avadanlıqlarla təminatı işlərində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu xüsusi qeyd edilib. Bildirilib ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilib və artıq yay aylarında bir sıra bağçalarda təmir işləri görüləcək.

Müşavirədə paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, ən əsası isə pedaqoji işçilərin yerləşdirilməsi və bu gün bir çoxlarını narahat edən məsələ olan bağçalara uşaqların qəbulunun şəffaf, neqativ hallara yol verilmədən aparılması müzakirə olunub.

Rəhbər işçilərə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edilib, bildirilib ki, qəbul məsələlərində nəzarətə götürülmüş və bağçalara qəbulun elektronlaşdırılması işləri artıq bu ilin sonuna kimi həyata keçiriləcək. Bu istiqamətdə işlər davam edir.

1news.az

Paylaş:
583

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər