United Sport-un meneceri: MFL-in bir çox komandaları futbol geyimlərini bizdən əldən edib – FOTO | 1news.az | Xəbərlər
Futbol

United Sport-un meneceri: MFL-in bir çox komandaları futbol geyimlərini bizdən əldən edib – FOTO

17:23 - 22 / 11 / 2018
United Sport-un meneceri: MFL-in bir çox komandaları futbol geyimlərini bizdən əldən edib – FOTO

MFL – Azərbaycanın ən iri həvəskarlar liqası üçüncü ildir ki, uğurlu şəkildə əyləncəli futbol turniri keçirir.

United Sport – ölkədə ən məşhur idman mağazaları şəbəkəsidir, burada 40 brenddən artıq məhsul var.

United Sport MFL 2018/19 – ölkədə 52 həvəskar komandanın iştirak etdiyi liqanın üçüncü mövsümü belə adlanır. Yeni mövsüm ərəfəsində United Sport və MFL birləşərək yeni keyfiyyətli məhsul yaradıblar.

Qeydiyyatdan keçərək tam ödəniş edən hər bir komanda United Sport-dan 200 manat civarında hədiyyə kuponu, eləcə də alış-veriş zamanı 20%-lik endirim əldə edib. Bununla yanaşı, United Sport son zamanlar futbol məhsullarının çeşidini bir qədər genişləndirərək yeni brendlər əldə edib. İndi United Sport mağazalarında keyfiyyətli məhsulu münasib qiymətə əldə etmək olar. Təsadüfi deyil ki, MFL-in bir çox komandaları məhz United Sport mağazasından geyinir.

1news.az United Sport-un qonağı olan menecer Anar Dadaşovla söhbət edib.

- United Sport – brendlərin geniş çeşidini təqdim edən mağazalar şəbəkəsidir. United Sport – mağazası kimlər üçündür?

- United Sport – istənilən Bakı sakini və qonaqları üçün mağazadır. Mağazada müxtəlif məhsulların geniş çeşidi var. Burada 40-dan çox brend təqdim olunur. United Sport Azərbaycanda bir çox brend məhsulların rəsmi və yeganə distribütorudur. Çalışırıq ki, United Sport-da qiymətləri hər kəsə əlçatan və maksimal dərəcədə aşağı olsun. United Sport – idmanı anlayan hər kəsin mağazasıdır.

- United Sport futbol məhsullarının çeşidini əhəmiyyətli dərəcədə genişləndir. Hazırda mağazadan nəyi almaq və əldə etmək olmaqla bağlı bir qədər məlumat verin.

- İspaniya brendi “Kelme” ilə müqavilə imzalamışıq və hazırda onun rəsmi distribütoruyuq. Bu şirkət fubtol təchizatları və aksessuarlarının geniş çeşidini təqdim edir. Hazırda United Sport mağazasında futbol üçün lazımlı olan – geyimdən tutmuş top və butslara qədər əldə etmək mümkündür.

Xüsusi olaraq qeyd etmək istərdik ki, şirkətin təqdim etdiyi məhsulların qiyməti kifayət qədər demokratik olmasına baxmayaraq, məhsullar bütün keyfiyyət standartlarına uyğundur. United Sport mağazada satılan bütün məhsulların keyfiyyətinə xüsusi diqqət ayırır. Keyfiyyət heç bir halda zərər görməməlidir.

Sərfəli qiymət və yüksək keyfiyyət “Kelme” brendini həvəskar komandaları arasında daha populyar edir. Nümunə üçün, oyun üçün dəsti 30 manatdan başlayan qiymətlərlə əldə etmək mümkündür. Düşünürəm ki, bu qiymətə başqa yerdə keyfiyyətli məhsul əldə etmək real deyil.

“Kelme” Azərbaycan üçün yeni brend hesab edilsə də, İspaniyada geniş populyarlıqla istifadə olunur. Misal üçün, “Kelme” İspaniyanın “Elçe” futbol klubunun texniki sponsorudur. Biz “Kelme” brendini məhz aşağı qiymətə keyfiyyətli məhsul təqdim etməsinə görə seçdik. Əlbəttə ki, məhsulu yoxlayıb, əmin olduqdan sonra onunla çalışmağa başladıq ki, insanlar ondan əmin olsun. Bu brendlə yanaşı Adidas, Mizuno və Asics-dən də dəstlər təqdim edirik.

United Sport mağazalarındakı futbol məhsullarından danışsaq diqqət etdik ki, həvəskarlar futbolu olduqca geniş dövriyyə alır. Bununla yanaşı, mağazada yetişməkdə olan gənclər üçün xüsusi geyim xətti var. Həmçinin United Sport-da futbol ilə maraqlanan uşaqlar üçün də geniş məhsul çeşidini təqdim edir.

- Yaxın zamanlarda Azərbaycanda ən iri həvəskar liqası MFL ilə əməkdaşlığa başlamısınız. United Sport-un futbol məhsullarını genişləndirmək qərarında 52 komandanın iştirak etdiyi liqa hansı rol oynayıb?

- MFL – Azərbaycanda həvəskar futbol sahəsində öz sözünü qısa zamanda demiş liqadır və məqsədli şəkildə inkişaf edir. Öz müşahidələrimə görə deyə bilrəm ki, MFL hazırda dillər əzbəridir. Şəbəkəmiz əlbəttə ki, ölkədə idmanın kütləvi şəkildə inkişafında maraqlıdır. Buna görə də MFL ilə əməkdaşlığa başlamışıq.

Xüsusi olaraq qeyd etmək istərdim ki, MFL-in bir çox komandaları futbol təchicatlarını məhz bizim mağazadan əldə ediblər. Hazırda sifarişlərimiz də var. Burada böyük rolu məhz MFL oyanyıb. Biz münasib qiymətə keyfiyyətli məhsul təqdim edirik.

- MFL ilə əməkdaşlığınızı genişləndirmək niyyətindəsinizmi? Promo-aksiya və ya digər tədbirlərin keçirilməsi planlaşdırılırmı?

- Şübhəsiz ki, bu işi başlamışıqsa, onu davam etdirmək niyyətindəyik. Ümid edirəm ki, əməkdaşlıq inkişaf edərək, ildən-ilə daha da möhkəmlənəcək. Hazırda MFL ilə əməkdaşlıqdan məmnunuq. Buna görə də onlarla işləmək qərarına gəldik. Favoritlərimin adını qeyd etməyəcəyəm, ən güclülər qalib gəlsin.

- United Sport MFL ilə əməkdaşlıqdan gözləntiləri nədir?

- Əlbəttə ki, futbol təchizatlarının satışı ilə gözləntilərimizlə əlaqədardır. İstəyirik ki, daha çox insan bizdən futbol məhsulu alsın və bundan razı qalsın. United Sport və MFL əməkdaşlığı düşünürəm ki, qarşılıqlıdır. Liqanın iştirakçıları üçün xüsusi şərtlər, endirim kuponları təqdim edirik.

Ümumilikdə isə biz futbol məhsullarını fəal surətdə inkişaf və təşviq edirik. United Sport peşəkar klublarla da əməkdaşlığıa hazırdır. Mağazamızda istər həvəskarlar, istərsə də peşəkarla üçün butslar var.

- Futbol məhsullarının geniş çeşidindən bəhs etdiniz. Lakin United Sport idmanın digər növləri ilə bağlı geniş çeşid təqdim edir. Bu məhsullardan hansıları daha çox tələb olunur?

- Hazırda iki böyük mağazamız var. Təqdim edilən 40-dan çox brendlərin kəmiyyət və müxtəlifliyi müştərilərə asanlıqla seçim etməyə imkan verir. Adidas, Nike, Emporio Armani, The North Face, Le Coq Sportif, Champion. Kelme Scott, Life Fitness – bütün bu sadalanlar United Sport mağazasındakı brendlərin bir qismidir. Həmçinin mağazamız ən son texnologiyalarla hazırlanmış ən yüksək keyfiyyətli geyimləri də təqdim edir.

United Sport mağazalar şəbəkəsi ölkədə sağlam həyat tərzinin vacibliyini xüsusi qeyd olunur. Zalların böyüklüyü hesabına buradakı məhsulların çeşidini genişləndirmək və alıcılara daha komfortlu şərait təqdim etməyə imkan verdi.

Məhsulların yerləşdirilməsindən danışdıqda qeyd edim ki, 200 idman ayaqqabısı olan stend göstərmək istərdim. Yəni müştəri stendə yaxınlaşaraq bir dəfəyə buradakı kolleksiya ilə tanış ola bilər.

United Sport-da həmçinin cüdo, taekvando, güləş və boksla bağlı idman məhsulları da təqdim olunub. Həmçinin bir çox federasiyalar bizimlə əməkdaşlıq edərək, öz idmançıları üçün idman formaları alırlar.

Eyni zamanda United Sport Scott, Cannondale, Focus, Bianchi və Pinarello kimi aparıcı velosiped brendlərinin rəsmi təchizatçısıdır. Ümumiyyətlə mağazamızda velosiped bölməsinə xüsusi diqqət ayrılıb. Eləcə də mağazamızda velosiped servisi xidməti üzrə ölkədə ən yaxşı ustalardan biri fəaliyyət göstərir.

Yaxın zamanlarda qış geyimi kolleksiyasını əldə etmişik. Burada idman geyimləri ilə yanaşı, bir çox dünya brendlərinin gündəlik geymləri də var.

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
3528

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər