United Sport MFL 2018/19-un derbisi azarkeş sayına görə rekord qırır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

United Sport MFL 2018/19-un derbisi azarkeş sayına görə rekord qırır – FOTO – VİDEO

17:23 - 08 / 11 / 2018
United Sport MFL 2018/19-un derbisi azarkeş sayına görə rekord qırır – FOTO – VİDEO

Ən böyük həvəskarlar liqası United Sport MFL-də mübarizə getdikcə gərginləşir.  

1news.az-ın verdiyi xəbərə görə, liqanın üçüncü turunda mərkəzi matç oldu.

Mövsümün qalibi olmağa namizəd olan iki komanda – "Beerbaşa" ilə "Köfteci Ramiz" üz-üzə gəldilər. Komandalar Infinity Konferensiyasında çıxış edərək iki turda qələbə qazanıblar. Gərgin mübarizə ilə keçən matçda hesab heç-heçə bitdiyi üçün qaliblər müəyyənləşməyib.

 “Beerbaşa” pley-off mərhələsinin stabil iştirakçısıdır və üçüncü cəhddən titulu qazanmağa çalışır. “Köfteci Ramiz” isə MFL-in dübutantıdır, lakin komandasının əsasını liqanın birinci çempionatının futbolçuları - GSP Logistics təşkil edir.

Qeyd etmək lazımdır ki, matç azarkeşlər arasında geniş maraq qazanaraq böyük ajiotajla keçib. Eyni zamanda Topaz Premyer Liqasında hər mövsüm azarkeşlərin sayı zəiflədiyi halda, United Sport MFL 2018/19-un iki liderlərinin matçlarına düşmək çətinləşir.

“Beerbaşa” – “ Köfteci Ramiz” – heç-heçəyə və güzəştsiz mübarizəyə baxmayaraq bütün ümidləri doğruldaraq mövsümün ilk derbisi oldu.

“MFL Аrena”da iştirakçılar arasında liqanın direktoru Rəhman Hacıyev də vardı:

“Bu mövsümdə matçlarda azarkeşlərin çoxaldığının şahidi oluruq. MFL futbol həvəskarları, fanatları üçün yaradılıb. Liqanın iştirakçıları matçdan sonra qalaraq digərlərinin oyununu izləyir. Bu, turnirə olan marağı göstərir. Bu, bizi çox sevindirir”.  

Matçdan sonra “Köfteci Ramiz” komandasının kapitanı Tamerlan İbrahimov da öz fikirlərini bölüşüb:

“Oyun gözlədiyimizdən də çətin keçdi. “Beerbaşa” çox güclü komandadır. Bu münasibətlə onları təbrik edirəm. Düşünürəm ki, pley-off-da onlarla yarışacağıq. Bu gün bir sıra səhvlər etdik ki, pley-off mərhələsində bu olmayacaq. Açığı, “Beerbaşa”nın bu cür güclü komanda olmasını gözləmirdim”.  

İlk derbi heç-heçə bitsə də, mübarizə hələ qarşıdadır. Infinity Konferensiyasının digər 3 turunda da gərgin mübarizəni nəticələrdən görmək olar:

Konferensiyada üç turdan sonra liderliyi üç komada bölüşür:

Bu gün Platinum Konferensiyasının 3-cü turunun matçları keçirilir:

MFL United Sport 2018/19Sirena Motors, Leading Supply Solutions LLC, United Sport, McDonald's Azerbaijan, Muganbank, BOS SHELF LLC və Ödəal (Bon) sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın saytından mfl.az, eləcə də 1news.az-ın saytında və CBC Sport telekanalı vasitəsilə əldə edə bilərsiniz.

MFL-i izləyin:

MFL Facebook

MFL Instagram

MFL Youtube

http://www.mfl.az/

Tərcümə: S.Xankişiyeva

Video: Emil Nəsirov

United Sport MFL 2018/19: Azərbaycanın ən böyük liqasının 52 komandası mübarizəyə başlayır – FOTO – VİDEO

 

Paylaş:
1041

Son xəbərlər

Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11
Bütün xəbərlər