Unibank mobile istifadəçilərinin sayı 100.000-ə çatdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank mobile istifadəçilərinin sayı 100.000-ə çatdı

14:30 - 05 / 12 / 2017
Unibank mobile istifadəçilərinin sayı 100.000-ə çatdı

Azərbaycanın ən çox yüklənən və ən yaxşı mobil bank xidməti seçilən Unibank Mobile istifadəçilərinin sayı 100.000-ə çatıb.

Bu isə o deməkdir ki, ölkəmizdə ən azı 100 min Unibank müştərisi banka gəlmədən istənilən vaxt və istənilən yerdə, bankın xidmətlərindən rahat və sürətli istifadə edə bilir.

Nüfuzlu “Markswebb” agentliyi tərəfindən Azərbaycanın ən yaxşı mobil bank xidməti seçilən Unibank Mobile  indi daha dinamik və interaktiv olub. Təkmilləşmələrdən sonra mobil əlavədən istifadə bir qədər də rahat və dolğun informasiyalıdır. Son yeniliklər zamanı əsas səhifənin dizaynı yenilənib və yeni funksiyalar əlavə edilib. İndi smartfonunda  Unibank Mobile əlavəsini yeniləyən hər kəs aşağıdakı yenilikləri görəcək:

  • Bank kartlarının rəngli dizaynda daha ətraflı məlumatı;
  • Bütün kartların ümumi balansı və kreditlər üzrə ümumi borc;
  • Əsas səhifədə Ümumi bonusların cəmi və bonusları hədiyyə kuponlarına dəyişmə imkanı;
  • Əsas səhifənin aşağı hissəsində rahat menyu;
  • Ödənişlər üçün ekspress panel – swipe menyu. Bu menyuda həm ödənişlər,həm də köçürmələr üzrə mütəmadi edilən əməliyyatlar əks olunacaq;
  • Mütəmadi ödənişlər və köçürmələr - tez-tez edilən əməliyyatların təkrar etmə imkanı;
  • Xəbərlər bölməsi: burada yeniliklər və aksiyalar olacaq, hər yeni xəbər “Xəbərlər” bölməsində rəqəmlərlə qeyd olunur.

Kommunal, hökumət ödənişləri, kreditlər və digər ödənişləri edərkən bonuslar qazanmaq istəyirsinizsə, ödənişlərinizi Unibank Mobile-la edin. Qazandığınız bonusları hədiyyələrə və digər ödənişlərə yönləndirə bilərsiniz.

Unibank Mobile  İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf   yükləyə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank mobile - bankdan daha yaxın!

Unibank - hər kəsin bankı!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.

Reklam hüququnda

 

 

Paylaş:
579

Son xəbərlər

FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29
Bütün xəbərlər