Unibank-ın müştərisi niyə bankın tarixinə düşdü? | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank-ın müştərisi niyə bankın tarixinə düşdü?

12:30 - 13 / 12 / 2017
Unibank-ın müştərisi niyə bankın tarixinə düşdü?

Bu günün adamı Unibank-ın müştərisi Azad Quluzadədir. Neft-qaz şirkətlərinin birinin əməkdaşı  olan Unibank müştərisini “günün adamı” edən isə onun seçimidir. 

Azad Quluzadə Unibank Mobile-ın 100.000-ci müştərisi olduğu üçün bankın tarixinə düşdü:

“Mən əvvəl başqa bir bankın mobil əlavəsini istifadə edirdim. Amma çox rahat deyildi və təhlükəsizlik səviyyəsi də məni qane etmirdi. Unibank Mobile-ı rahatlığı, xidmətlərinin genişliyi və təhlükəsizliyinə görə seçdim. Asan və çoxfunksiyalı olmağı xoşuma gəlir. Yeni qoşulsam da, artıq kommunal ödənişləri Unibank Mobile-la edirəm,  hətta mobil telefonumun, ailə üzvlərimin  mobil balansını da bununla artırıram. Ən vacib hesab etdiyim təhlükəsziliyidir”.

Azad Quluzadənin iş yoldaşlarının çoxu Unibank Mobile-dan istifadə edir:  “Bizim işimiz elədir ki, davamlı işinin başında olmalısan. Bu xidmətləri  bankomatda ya bank filialında həyata keçirmək əlavə zaman itkisidir. Unibank Mobile-la isə həm zamana qənaət edirsən, həm də Unibank Mobile-da edilən əməliyyatlar bonus qazandırır. Bu bonusları istədiyin hədiyyəyə çevirmək imkanı da Unibank Mobile-ın üstünlüklərindən biridir”.

İndi Unibank müştərisi olan hər kəsin “günün adamı” seçilmək şansı var. 100.000-ci müştəri olmasanız da, Unibank Mobile istifadəçisi olmaqla,  2018 AZN qazana bilərsiniz. Çünki yanvarın 15-dək Unibank Mobile-la edilən  əməliyyatlar sizi müxtəlif pul uduşları qazandıran lotereyanın iştirakçısına çevirəcək.

Unibank Mobile  İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf   yükləyə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile - bankdan daha yaxın!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.

Reklam hüququnda

 

 

 

 

Paylaş:
457

Son xəbərlər

Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10
Bütün xəbərlər