Unibank-dan biznes müştəriləri üçün yeni kampaniya – kredit faizləri geri qaytarılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank-dan biznes müştəriləri üçün yeni kampaniya – kredit faizləri geri qaytarılacaq

13:00 - 17 / 09 / 2018
Unibank-dan biznes müştəriləri üçün yeni kampaniya – kredit faizləri geri qaytarılacaq

İndi Unibank-dan götürdüyünüz korporativ kreditlərin faizlərinin bir hissəsi hədiyyə olaraq geri ödəniləcək.

Unibank-ın biznes müştəriləri üçün nəzərdə tutduğu “Sözümüz sözdür!” kampaniyası, bununla sahibkarlara daha aşağı faizlə kredit götürmək imkanı yaradır. Kampaniya noyabrın 16-dək davam edəcək və bu müddətdə götürdüyü krediti tam gecikməsiz ödəyən hüquqi şəxslər, kampaniyanın verdiyi üstünlüklərdən faydalanacaq. Kampaniya çərçivəsində götürülən kredit tam ödənilidikdən sonra, müştərinin ödədiyi faiz məbləğinin 10%-i onun hesabına geri qayıdacaq.

Misal üçün, müştəri 100.000 manatlıq kredit götürüb, ödəniş müddətinin sonuna qədər gecikməsiz ödəyərsə, kredit bağlandıqdan sonra bir ay ərzində müştərinin ödədiyi faiz məbləğinin 10%-i geri qaytarılacaq.

Kampaniyanın şərtləri:

- Kampaniyadan ancaq hüquqi şəxslər istifadə edə bilər;

- Kampaniya 15.000 AZN-dən yuxarı kreditlər üçün nəzərdə tutulur;

- Kampaniyada 18 ay və ondan artıq müddətli kreditlərə aiddir (kredit götürmüş müştəri minimum ilk 18 ay davamlı ödəniş etməlidir).

- Kampaniya yalnız bankın öz vəsaiti ilə verilən kreditlərə şamil edilir.

 

Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

- Sərfəli tariflər;

- Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

- Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

- Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

- Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

- Sənəd dövriyyəsinin minimuma endirilməsi;

- Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

- Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibank-ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri – Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır. 

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibankın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank – biznesinizə daimi dəstək!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Reklam hüququnda

 

Paylaş:
469

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər