Unibank-da yeni depozit növü: depozit hesabı aç, illik faizləri həmin gün götür | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank-da yeni depozit növü: depozit hesabı aç, illik faizləri həmin gün götür

11:30 - 19 / 09 / 2018
Unibank-da yeni depozit növü: depozit hesabı aç, illik faizləri həmin gün götür

İndi Unibank-da manatda əmanət hesabı açanlar, əmanətin 1 illik faizini elə hesab açdıqları gün götürə bilirlər.

Bank müştərilərə xidmət səviyyəsinin və təklif olunan məhsul çeşidinin artırılması məqsədi ilə manat valyutasında yeni əmanət növü yaradıb. “Faizlər əvvəlcədən”  adlı bu əmanət növündə müştəri əmanət hesabını açdıqda, əmanət üzrə hesablanmış faizləri həmin gün alacaq.

 “Faizlər əvvəlcədən”  əmanəti üzrə şərtlər aşağıdakı kimidir :

- Valyutası – AZN

- Müddəti – 12 ay

-  “+2 faiz” aksiyası çərçivəsində illik faiz dərəcəsi – 9%  (7%+2%)

- Minimal məbləğ – 500 AZN

- Müştəri üzrə maksimal məbləğ – 200 000 AZN

Xatırladaq ki, Unibank-ın sərfəli faizli depozit kampaniyası da davam edir. 31 oktyabradək Unibank-a manat depoziti yerləşdirən hər kəsə bankdan illik əlavə 2% də hədiyyə ediləcək. Aksiya çərçivəsində  “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 12%-ə, “Yığım” və “Proqressiv”depozitinin faiz dərəcəsi ilə illik 10%-ə yüksəlib. 

Unibank-da əmanət hesabı açmaqla, hansı üstünlükləri qazanırsınız?

-Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz;

-Bazarda çox sərfəli depozit  faizləri əldə edirsiniz (maksimum 12%-dək);

-Depozitiniz  Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;

-Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.

Vəsaitinizi qorumağın və artırmağın ən yaxşı, təhlükəsiz və gəlirli üsulu depozit hesabı açmaqdır. Unibank-ın depozit kampaniyasında iştirak edərək, özünüzün və övladlarınızın gələcəyini indidən təmin edin!

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 15% təşkil edir və Unibanka yerləşdirilən bütün əmanətlər sığortalanır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (https://www.unibank.az/az/deposits/index) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) və Unibank-ın filiallarından əldə etmək olar.

Unibank - hər kəsin bankı!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Reklam hüququnda

Paylaş:
619

Son xəbərlər

Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20
Bütün xəbərlər