Ukraynanın Dnepr şəhərində Azərbaycan Mərkəzi açılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukraynanın Dnepr şəhərində Azərbaycan Mərkəzi açılıb - FOTO

13:32 - 04 / 11 / 2019
Ukraynanın Dnepr şəhərində Azərbaycan Mərkəzi açılıb - FOTO

Ukraynanın Dnepr şəhərində yerləşən Gömrük və İqtisad Universitetinin binasında Azərbaycan Mərkəzi açılıb. Açılış mərasimində ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları, Dneprdə yaşayan Azərbaycan icmasının üzvləri, universitetin rəhbər heyəti və şəhərin ictimai-siyasi xadimləri iştirak ediblər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Dnepropetrovsk Azərbaycanlıları Liqasının rəhbəri Sərxoş İsmayılovun maliyyə dəstəyi və ölkəmizin Ukraynadakı səfirliyinin dəstəyi ilə yaradılan Mərkəzin açılışından əvvəl Azərbaycan nümayəndə heyəti ilə universitetin rektoru, hüquq elmləri namizədi Dmitriy Boçarov arasında görüş keçirilib.

Mərkəzin yaradılmasına göstərdiyi dəstəyə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirən səfirliyin müşaviri Vüsal Süleymanov deyib ki, hər iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

D.Borçalov öz növbəsində rəhbərlik etdiyi universitetin Azərbaycanın ali təhsil ocaqları ilə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə səfirlik tərəfindən universitetin rektoruna Azərbaycan xalçalarının Qarabağ qrupuna aid olan kitab hədiyyə olunub.

Sonra qonaqlar universitetin muzeyi ilə tanış olublar.

Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın inkişaf etdiyini vurğulayan V.Süleymanov bildirib ki, Azərbaycan Mərkəzinin açılması ölkələrimizin strateji münasibətlərinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafına böyük dövlət qayğısının göstərildiyini deyən diplomat bu Mərkəzin təhsilin inkişafına, Azərbaycanın tanıdılmasına öz töhfəsini verəcəyini bildirib.

Daha sonra çıxış edən tarixçi-alim Eldar Tağıyev, professor Süleyman Hüseynov, Dnepropetrovsk Azərbaycanlıları Liqasının nəzdində fəaliyyət göstərən Azərbaycan dili həftəsonu məktəbinin müəllimi Könül Ağamalıyeva bildiriblər ki, bu cür mərkəzlərin açılması Azərbaycan icmasının fəaliyyətini gücləndirir və stimullaşdırır. Qeyd olunub ki, Mərkəz, həmçinin Azərbaycan haqqında reallıqların, onun tarixinin və mədəniyyətinin təbliği üçün əlverişli platforma olacaq.

Sonda Dneprdə yaşayan istedadlı azərbaycanlıların iştirakı ilə bədii hissə olub. Soydaşımız Emin Əliyevin skripkada “Sarı gəlin” mahnısını səsləndirməsi, Orxan Hacıyevin Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifası etməsi, məktəblilərdən ibarət “Leyla” rəqs qrupunun çıxışı, dahi mütəfəkkir Nəsiminin qəzəllərindən parçaların söylənməsi iştirakçıların rəğbətinə səbəb olub.

1news.az

Paylaş:
665

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər