Ukrayna Səfirliyindən Ermənistanın hörmətsizliyi ilə bağlı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Ukrayna Səfirliyindən Ermənistanın hörmətsizliyi ilə bağlı – FOTO – VİDEO

15:25 - 28 / 09 / 2018
Ukrayna Səfirliyindən Ermənistanın hörmətsizliyi ilə bağlı – FOTO – VİDEO

Yaxın günlərdə Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri də Ukraynanın ərazi bütövlüyü idi.

Lakin səsvermə əsasında bu bəndin qəbul edilməsi bütün ölkələr tərəfindən təsdiqlənmədi. Belə ki, 13 ölkə bu qərarın əleyinə səs verdi. Bunlar arasında Rusiya, Ermənistan, Belorus və Qazaxıstan da vardı.

Ermənistan artıq neçənci dəfədir ki, ölkələrin ərazi bütövlüyünün tanınması ilə bağlı qətnamələrin əleyhinə çıxış edir.

1news.az məsələ ilə əlaqədar olaraq Ukraynın Azərbaycandakı səfirliyinə müraciət edib.

Səfirlikdə Ermənistanın tərəfdaş ölkələrin ərazi bütövlüyünün tanınmaması faktı ilə bağlı şəhr verilməsə də, Ukraynaya bütün ərazisində suverenliyin bəpra olunması ilə bağlı dəstək göstərən beynəlxalq ictimaiyyətin nümayəndələrinə minnətdarlıqlarını bildirdilər:

“Ukrayna-Ermənistan əmkdaşlıq məsələrləri Ukraynanın Azərbaycandakı Səfirliyinin səlahiyyətinə daxil deyil”.

BMT Baş Assambleyasının 73-cü sessiyasında günün müzakirə mövzusuna “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki vəziyyət” məsələsi ilə bağlı bənd haqqında qeyd edilib:

“Rusiyanın silahlı hücumu nəticəsində Ukrayanın ərazi bütövlüyüyünün pozulması, Krım, ayrıca region Donetsk və Luqansk vilayəti üzərində nəzarəti itirməsi məsələsində beynəlxalq ictimaiyyətin dəstəkləməsini yüksək qiymətləndiririk.

Beynəlxalq hüquqa əsaslanan ölkələri alqışlayırıq. Çünki bu, beynəlxalq nizamı təmin edən yeganə alətdir. Həmçinin Rusiyanın zor gücünə digər dövlətlərin ərazi bütövlüyü zəbt etməsi siyasətini dəstəkləyən ölkələr də beynəlxalq arenada xaos və özbaşnalığı dəstəkləməsindən irəli gəlir”.

Həmçinin 1news.az Ukraynanın Xarici İşlər Nazirliyinə də Ermənistanın ölkənin ərazi bütövlüyünün əleyhinə səs verməsi məsələsi ilə bağlı sorğu göndərib. Hazırda Ukrayna XİN-də sorğunun cavabı dərc edilməyib.  

Qeyd edək ki, 2017-ci ilin dekabrında “Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan hüquqlarının vəziyyəti” ilə bağlı qətnamənin yenilənməsinin əleyhinə səs verənlər arasında Rusiya, Belorus və Qazaxıstanla yanaşı, 26-cı yerdə sıralanan Ermənistan da vardı. Qətnamə 70 ölkənin dəstəyilə qəbul edilib.

Həmçinin Ermənistan 2014-cü ilin martında BMT Baş Assambleyasının qəbul etdiyi  qətnamənin əleyhinə səs verib. Sənəddə Ukraynanın ərazi bütövlüyünün tanınması və Rusiyanın Krımı zəbt etməsi qınanması əksini tapmışdı.

Ermənistan Gürcüstanın separatçı regionları – Abxaziya və Cənubi Osetiyaya qaçqın və məcburi köçkünlərin qayıtması hüququnu tanıyan qətnamələrin də əleyhinə səs verib. Bu cür qətnamələr Gürcüstanın təşəbbüsü ilə BMT Baş Assambleyasında səs verməyə qoyulur.

Ukrayna prezidenti Petr Poroşenkonun BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı:

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2889

Son xəbərlər

Ali Məhkəmə ilə Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 10:12Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülübBu gün, 10:08Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblarBu gün, 10:05Azərbaycan nefti ucuzlaşmağa davam edirBu gün, 09:58Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 09:46Sumqayıtda döyüşə yararlı sursat aşkarlandı - FOTOBu gün, 09:37Bu rayonlarda qaz təchizatında fasilə yaranacaqBu gün, 09:31Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 09:25ADNA terrorundan 15 il ötür - FOTOBu gün, 09:16Laçına daha 21 ailə yola düşüb - FOTOBu gün, 09:10Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:02Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib29 / 04 / 2024, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndi29 / 04 / 2024, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırma29 / 04 / 2024, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEO29 / 04 / 2024, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib29 / 04 / 2024, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEO29 / 04 / 2024, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb29 / 04 / 2024, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olub29 / 04 / 2024, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edib29 / 04 / 2024, 16:36
Bütün xəbərlər