1news.az

UFC prezidentinin Həbiblə bağlı qərarı: "əla oğlandır"

17 Oktyabr saat 10:42 ~ 1 dəqiqəlik oxu 798
UFC prezidentinin Həbiblə bağlı qərarı:

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC himayəsi altında çıxış etməyə davam edəcək.

1news.az xəbər verir ki,  bunu təşkilatın prezidenti Deyna Uayt bəyan edib.

"O qalır. Biz bacardıq və işimizə davam edəcəyik. Həbib üzülmüşdü və özündən çıxmışdı”, - Uayt deyib.

UFC prezidenti qeyd edib ki, Nurməhəmmədovun çox emosional döyüşü olub, buna baxmayaraq, onlar münasibətlərini qoruya biliblər.

"Həbib əla oğlandır”, - təşkilat rəhbəri əlavə edib.

Uayt bildirib ki, Zubayra Tuhuqovun turnirdəki taleyi barədə hələ qərar verilməyib.

Xatırladaq ki, oktyabrın 7-də UFC 229 turniri çərçivəsində dağıstanlı Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gələrək çempion kəmərini qoruyub. Döyüşdən sonra rusiyalı irlandiyalının məşqçisi Dillon Denisə, Tuhuqov isə Makqreqora hücum edib.

Oxu.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İdman BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net