UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda  – FOTO | 1news.az | Xəbərlər
İdman

UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda  – FOTO

17:18 - 21 / 05 / 2019
UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda  – FOTO

UEFA bütün Avropada futbol azarkeşlərinə Avropa Liqasının kubokunu görmək imkanı yaradan kubok turu keçirib. Kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva və Parisi əhatə edib. Kubokun son dayanacaq məntəqəsi isə final oyununun keçiriləcəyi Azərbaycan olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, UEFA Avropa Liqasının kuboku ölkəmizin bölgələrində də nümayiş olunur.

Belə ki, Avropa Liqasının kuboku Gəncə şəhərindən sonra mayın 21-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gətirilib. Avropa Liqasının kubokunu yaxından görmək və şəkil çəkdirmək istəyən kənd sakinləri, futbol azarkeşləri üçün “Qayıdış” parkında şəkil zonası, “Qarabağ” klubunun və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyası təşkil olunub.

Azyaşlı qonaqlar üçün face-art, animator və oyunlar, futbol üzrə ustad dərsləri və digər əyləncələr maraqla qarşılanıb. Bayram ab-havasının yaradılması üçün tədbirdə ölkədə tanınan DJ AKG iştirak edib.

Qeyd edək ki, Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalında İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.

S.Xankişiyeva

Paylaş:
618

Son xəbərlər

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38
Bütün xəbərlər