Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan olundu

13:45 - 15 / 06 / 2018
Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan olundu

“Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası” təsdiq edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə qərarı Baş nazirin müavini Əli Əhmədov imzalayıb.

Sənəd tütün məmulatları tullantılarının utilizasiyası qaydasını müəyyən edir.

  1. Ümumi müddəalar

1.1. Bu Qayda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanununun 9.2-ci maddəsinə əsasən hazırlanıb və tütün məmulatları tullantılarının utilizasiyası qaydasını müəyyən edir.

1.2. Bu Qayda mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslərə şamil olunur.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. tütün məmulatları - tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.). Bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur;

1.3.2. tütün məmulatlarının tullantıları - qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan, kənarlaşdırılma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan tütün məmulatları və onların qalıqları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikatları və onların qalıqları;

1.3.3. tütün məmulatları tullantılarının utilizasiyası - tütün məmulatları tullantılarından lazımi materialların və enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması;

1.3.4. istehsalat tullantılarına aid edilən tütün məmulatlarının tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən tütün məmulatları və onların qalıqları, tütün məmulatlarının xammal, material, maddə və yarımfabrikatları və onların qalıqları;

1.3.5. tütün məmulatları tullantılarının sahibi (mülkiyyətçisi) - tütün məmulatları tullantılarının istehsalçısı, təhvil verildikdən sonra onların daşınmasını, habelə utilizasiyasını və zərərsizləşdirilməsini həyata keçirən şəxslər.

1.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağandır.

  1. Tütün məmulatları tullantılarının utilizasiyası

2.1. Aşağıdakı tütün məmulatları utilizasiyaya yararlı tütün məmulatlarının tullantılarına aid edilir:

2.1.1. keyfiyyətsiz tütün məmulatları - məqsədli istehlak təyinatına uyğun olmayan və ya texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməyən, mənşəyi məlum olmayan, üzərində saxlanma (yararlılıq) müddəti göstərilməyən və ya saxlanma (yararlılıq) müddəti bitmiş, məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan istehsal edilən və ya satılan, qablaşdırılmasına və ya etiketlənməsinə dair məcburi tələblərə cavab verməyən tütün məmulatları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikatları və onların qalıqları;

2.1.2. saxta tütün məmulatları - hüquq sahibinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hüquqlarını pozaraq, əmtəə nişanından, coğrafi göstəricisindən və firma adından qanunsuz istifadə etməklə yaradılmış (istehsal edilmiş) tütün məmulatları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikat və onların qalıqları.

2.2. İstehsal prosesində əmələ gələn tütün məmulatlarının tullantıları utilizasiyadan əvvəl Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası”na uyğun olaraq inventarlaşdırılır.

2.3. Utilizasiya məqsədi ilə tütün məmulatları tullantılarının qəbul edilməsi və ya təhvil verilməsi mütləq sənədləşdirilməlidir (bu sənədlərə tütün məmulatları tullantılarının qəbulu və ya təhvili, alqı-satqısı, bağışlanması və ya mübadiləsi barədə bağlanılmış müqavilələr, təhvil verilmə barədə qaimələr və ya təhvil-təslim aktları aiddir).

2.4. Utilizasiyaya yararlı tütün məmulatlarının tullantıları onların sahibi (mülkiyyətçisi) tərəfindən “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yoxlama və digər nəzarət tədbirləri çərçivəsində onların dövriyyədən çıxarılması barədə qərar qəbul etmiş yoxlayıcı orqanın mütəxəssislərinin nəzarəti ilə utilizasiya edilməsi üçün müvafiq ixtisaslaşmış müəssisələrə təhvil verilir.

2.5. Aşağıdakı tütün məmulatları utilizasiyaya yararsız tütün məmulatlarının tullantılarına aiddir:

2.5.1 süpürüntü tullantıların tərkibində olan və istifadəsi mümkün olmayan tütün məmulatlarının tullantıları;

2.5.2. urnalardan toplanan qarışıq tullantıların tərkibində olan və istifadəsi mümkün olmayan tütün məmulatlarının tullantıları.

2.6. Utilizasiyaya yararsız olan tütün məmulatlarının tullantıları ətraf mühitə zərərli təsirin qarşısını almaq şərtilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”na uyğun kənarlaşdırılır və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi əsasında xüsusi ayrılmış ərazilərdə (poliqonlarda) basdırılır.

2.7. Yandırılma üsulu ilə utilizasiya edilmiş tullantıların qalıqları ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədi ilə ekoloji qanunvericiliyə uyğun olaraq, xüsusi ayrılmış yerlərdə təcrid edilir (basdırılır).

  1. Tütün məmulatları tullantılarının utilizasiyası ilə bağlı xərclərin ödənilməsi

3.1. Utilizasiyaya yararsız tütün məmulatları tullantılarının təcrid edilməsi və utilizasiyaya yararlı tütün məmulatları tullantılarının utilizasiyası ilə bağlı xərclər həmin tütün məmulatları tullantılarının sahibi (mülkiyyətçisi) tərəfindən ödənilir.

3.2. Tütün məmulatları tullantılarının onların utilizasiyasına qədər yığılması (toplanması), daşınması, müvəqqəti saxlanması ilə bağlı xərclər “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən utilizasiyaya yararlı tütün məmulatlarının tədqiqinin (sınağının) aparılması və onun nəticələrinə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilməklə dövriyyədən götürülməsi, daşınması və saxlanması ilə bağlı xərclər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”na uyğun olaraq müəyyən olunur.

S.Xankişiyeva

 

Paylaş:
344

Son xəbərlər

Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57
Bütün xəbərlər