Türkiyədə yeni dövrün başlanğıcı - Ekspert şərh edir | 1news.az | Xəbərlər
Siyasət

Türkiyədə yeni dövrün başlanğıcı - Ekspert şərh edir

16:22 - 23 / 07 / 2018
Türkiyədə yeni dövrün başlanğıcı - Ekspert şərh edir

Türkiyə üçün yeni bir dövr başlayıb. Ölkə prezident üsul-idarəsinə keçib.

Bunu 1news.az-a Ankara İldırım Beyazit Universitetinin professoru, Rusiya Araşdırmaları İnstitutunun direktoru, politoloq Salih Yılmaz deyib.

O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın parlamentdəki andiçmə mərasimindən sonra prezident iqamətgahında təşkil edilən mərasimdə 22 dövlət başçısı, 28 ölkənin yüksək səviyyəli nümayəndələri və 6 beynəlxalq təşkilatın baş katibi iştirak edib:

“Rusiyanı isə baş nazir Dmitri Medvedev təmsil edirdi. Mərasimdə, həmçinin Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski, partiyanın üzvü Vasili Vlasov, Dmitri Savelyev və Boris Çernilov iştirak edirdilər. Beləliklə, bu deməyə imkan verir ki, daha çox sayda nümayəndə heyəti Rusiyadan gəlib.

Yeni kabinet üzvlərinin açıqlanması ilə çox güman ki, Türkiyə ilə Rusiya arasındakı əlaqələr daha da yaxınlaşacaq. Köhnə baş qərərgah rəisi Hulisi Akarın milli müdafiə naziri təyin olunması Rusiya tarazlığını artırır. Çünki son iki ildə Hulusi Akarın Rusiyaya səfərləri, Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı. Sergey Şoyqu və Rusiyanın müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovla dostluğu hər iki ölkəyə də müsbət təsir göstərəcəkdir. Digər tərəfdən, Mövlud Çavuşoğlunun xarici işlər naziri vəzifəsinə yenidən təyin edilməsi deməyə əsas verir ki,  Rusiya və Avrasiya Türkiyənin perspektivində prioritet olaraq qalmaqda davam edəcək. Xarici işlər naziri Çavuşoğlunun Rusiyaya rəğbəti xüsusilə də, onun Alaniyada doğulması faktı ilə bağlıdır.  Onun bu ölkəyə marağı ikitərəfli əlaqələrdə taktiki əməkdaşlığı gücləndirəcək”.

Politoloq əlavə edib ki, digər tərəfdən, Rusiya ilə Türkiyə arasındakı enerji sahəsində əməkdaşlıqda yeni bir implus əldə edilməsi əlaqələrin əsas nöqtəsini təmin edir ki, bu da Berat Albayrak təyinatıdır:

“Baxmayaraq ki, bu günə qədər Türkiyə-Rusiya münasibətlərində hər şey hamardır, amma iki ölkə arasında hələ də həll edilməli olan məsələlər qalmaqdadır. Hər iki ölkə problemlərin həllindənsə, daha çox əməkdaşlıq üzərində dayanıb. Önümüzdəki dövrdə iki ölkə Krım, Şimali Kipr, Dağlıq Qarabağ kimi kimi məsələləri, vizalar və Suriya ilə əməkdaşlıqda balanslaşmanı müzakirə etməlidir. Türkiyədə, Şimali Kiprə qarşı Rusiyanın Krım kartı  işləməyəcək. Birincisi, Rusiya Türkiyəyə yönəlik hər addımında faydalar əldə etmək siyasətindən imtina etməlidir. Digər tərəfdən artıq Türkiyəyə aid bəyanatlar verən Dugin və Jrinovski kimi fiqurları əvəz etməyin vaxtı gəlib. Türkiyə ictimaiyyəti noyabrın 24-də təyyarə böhranından sonra Jrinovskinin İstanbula atom bombası atılması təklifini unutmadı. Dugin vasitəsilə ötürülən mesajlar mühafizəkarları narahat edir. Bəli, Dügin Türkiyəni dair mənfi təqdim etmək fikirlərini rədd etmiş ola bilər, amma bu Türk cəmiyyəti üçün yanlış seçimdir. Rusiya, Türkiyənin siyasətinə istiqamət vermək üçün daha ciddi oyunçuların önünə gətirilməlidir. Məlumdur ki, ABŞ Türkiyə ilə Rusiya arasındakı münasibətləri xoş qarşılamır. ABŞ-ın NATO-dakı nümayəndəsi Kay Bayli Hutçison Amerika mətbuatında nəşr edilən bəyanatında bildirib ki, Rusiya bir çox ölkələrin, başlıcası da Türkiyənin NATO-dan çıxmasını istəyir”.

Ekspertə görə, Brüsseldə baş tutan NATO samiti Türkiyə-Amerika münasibətlərində mühüm dönüş nöqtəsidir. 16 iyulda Putin ilə Trump arasındakı danışıqların formatı NATO-da qəbul edilən qərarları verəcək.

P.Sultanova

 

Paylaş:
331

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər