Türkiyədə Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub

20:05 - 23 / 11 / 2017
Türkiyədə Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub

Türkiyənin Uşak Universitetində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, yubiley tədbiri Azərbaycanlı tələbələrin, “Uniaktif” Tələbə Klubunun və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı və İNDEX – Azərbaycan insan kapitalı və inkişaf mərkəzinin maliyyə dəstəyi ilə baş tutub.

Tədbirə Uşak Universitetinin rektoru, professor Sayın Dalkıran, rektorun köməkçisi, professor Saim Savaş, TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı, Aşıq Səlahəddin Dündar, yazıçı-tədqiqatçı Songül Dündar, azərbaycanlı və yerli tələbələr, diaspor təşkilatlarının nümayəndələri qatılıb.

Yubileyin əsas təşkilatçılarından olan Uşak Universitetinin azərbaycanlı tələbəsi Ramin Seyidov qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb, Molla Pənah Vaqif haqqında məlumat verib.

Sonra Universitetinin rektoru Sayın Dalkıran, TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı, tədqiqatçı-yazçıçı Songül Dündar , Uniaktif tələbə klubunun sədri Fərid Dəliqan, azərbaycanlı tələbələr Orxan Həsənli, Rüstəm Rüstəmov, Nigar Axundova, Əfsanə Yusibova, Gunel Məmmədova, Orxan Əkbərli çıxış ediblər. Çıxış edənlər Molla Pənah Vaqifin həyatı, yaradıcılığı, dövlət xadimi kimi xidmətlərindən bəhs ediblər. Bildirilib ki, TÜRKSOY 2017-ci ili Molla Pənah Vaqif ili elan etdiyi üçün böyük şairin 300 illik yubileyi bütün türk dünyasında qeyd olunub.

Yubiley tədbiri çərçivəsində akademik, millət vəkili Nizami Cəfərovun “Molla Pənah Vaqif” kitabının və Azərbaycan Milli Kitabxanası tərəfindən tərtib olunmuş “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının təqdimatı keçirilib. Sonra “Yeni Türkiyə” Klubunun sədri Bilal Türkcan və onun müavini Ömər Doğru Vaqifin şeirlərini səsləndirib, Aşıq Səlahəddin Dündar isə şairin şeirlərini sazla ifa edib.

Sonda qonaqlara hədiyyələr və Molla Pənah Vaqif haqqında kitablar təqdim edilib.

1news.az

Paylaş:
524

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər