Türkiyə XİN: Ermənistan Xocalı qətliamına görə cavab verməlidir | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə XİN: Ermənistan Xocalı qətliamına görə cavab verməlidir

20:07 - 14 / 12 / 2017
Türkiyə XİN: Ermənistan Xocalı qətliamına görə cavab verməlidir

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iki ölkə arasında 2009-cu ildə İsveçrənin Sürih şəhərində imzalanmış protokollarla bağlı açıqlamasına cavab verib.

1news.az APA-ya istinadən xəbər verir ki, Türkiyə XİN-in bəyanatında bildirilir ki, E. Nalbandyanın açıqlamaları əsassızdır və beynəlxalq ictimaiyyəti yanıltmağa yönəlib: “Protokollar İsveçrənin yaratdığı şərait çərçivəsində aparılan danışıqlarda hazırlanaraq Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşdırılması məqsədi daşıyırdı. Lakin ilk olaraq Ermənistan Konstitusiya Məhkəməsi 12 yanvar 2010-cu il tarixində protokolların ruhuna və mətninə zidd ön şərtlər və məhdudlaşdırıcı hökmlər qəbul edib. Davamında Ermənistan prezidenti Serj Sarkisyan 22 aprel 2010-cu il tarixində protokolların ratifikasiyasının təxirə salındığını açıqlayıb. Son olaraq, Sarkisyan 19 sentyabr 2017-ci il tarixində BMT Baş Məclisində çıxışında protokolların gecikməsinin məsuliyyətini əsassız şəkildə Türkiyənin boynuna qoyaraq, tərəqqi olmadığı üçün protokolları qüvvədən düşmüş sayacaqlarını və 2018-ci ilin baharına bu protokollar olmadan girəcəklərini açıqlayıb”.

Bəyanatda bildirilir ki, Ermənistanın bu neqativ mövqeyinə baxmayaraq, Türkiyə protokolların əsas müddəalarına sadiqliyini qoruyur: “Protokollar hələ də TBMM Xarici işlər komissiyasının gündəmindədir və ratifikasiya olunmaq üçün Cənubi Qafqazda uyğun siyasi atmosferin və sülh ortamının yaranması zəruridir. Ölkəmizin protokol prosesində əsas məqsədi Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin Cənubi Qafqazda əhatəli sülh və sabitliyi təmin edəcək şəkildə həyata keçirilməsi, bu çərçivədə Yuxarı Qarabağ probleminin həlli prosesində BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü təməlində irəliləyiş əldə olunması idi. İstənilən halda, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır”.

Bəyanatda E. Nalbandyanın uydurma “erməni soyqırımı” barədə iddialarının da həqiqətdən uzaq olduğu qeyd edilir: “Ermənistandan gözləntimiz mübahisəli tarixi mövzuları kənara qoyub, yaxın tarixin ən önəmli insanlıq cinayətlərindən biri olan Xocalı qətliamının hesabını verməsidir”.

Xatırladaq ki, E. Nalbandyan Yunanıstana səfəri zamanı bu ölkənin Xarici İşlər Nazirliyində çıxışında Türkiyə ilə imzalanmış protokolların həyata keçməməsində Ankaranı ittiham edib. O bildirib ki, Ermənistan 2018-ci ilin yazına qədər bu protokolları ləğv edəcək.

1news.az

Paylaş:
622

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər