Türkiyə səfiri: “Soçidə Ərdoğan Putinlə Qarabağ münaqişəsini yalnız təkbətək görüşdə müzakirə edib” | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə səfiri: “Soçidə Ərdoğan Putinlə Qarabağ münaqişəsini yalnız təkbətək görüşdə müzakirə edib”

21:54 - 20 / 11 / 2017
Türkiyə səfiri: “Soçidə Ərdoğan Putinlə Qarabağ münaqişəsini yalnız təkbətək görüşdə müzakirə edib”

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ancaq təkbətək görüşdə müzakirə ediblər”.

1news.az xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə açıqlamasında Türkiyənin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Diriöz bildirib.

O, noyabrın 13-də Soçidə Ərdoğanla Putin arasında yalnız təkbətək görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının müzakirə olunduğunu söyləyib: “Bildiyiniz kimi Türkiyə və Rusiya dövlət başçıları Soçidə təkbətək və geniş tərkibdə görüşlər keçiriblər. Geniş tərkibdə görüşdə Qarabağ problemi müzakirə olunmayıb”.

Türkiyəli diplomat prezident Ərdoğanın təkbətək görüşdə Dağlıq Qarabağ probleminin həllinin regionun inkişafı üçün vacibliyini Putinin nəzərinə çatdırıb: “Türkiyənin bu məsələdə mövqeyi bəllidir. Biz, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq. Münaqişənin həllinin bütünlükdə regionun inkişafına müsbət təsir edəcəyinə əminik”.

H.Diriöz noyabrın 22-də Türkiyə prezidenti R.T.Ərdoğanın yenidən Rusiya səfər edəcəyini qeyd edib: “Bu dəfə Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək”.

1news.az

Paylaş:
513

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər