1news.az

Turkish Airlines yenə İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salıb

10 Yanvar saat 11:20 ~ 1 dəqiqəlik oxu 222
Turkish Airlines yenə İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salıb

Türkiyədə hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq yanvarın 10-da Turkish Airlines (Türk Hava Yolları) İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salıb.

Bu barədə Turkish Airlines-nın rəsmi saytında qeyd edilib ki, təxirə salınan aviareyslər arasında İstanbuldan Bakıya və əks istiqamətli uçuşlar var.

Əsasən təxirə salınan aviareyslər İstanbulun Atatürk hava limanından saat 01:50-də və 05:40-da yerinə yetirilməli olan və Bakıdan İstanbula saat 04:45-də və 07:50-də həyata keçirilməsi gözlənilən aviareyslər olub.

1news.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər ki, AZAL Bakı-İstanbul reysi üzrə bütün uçuşları yerinə yetirir:

“İstanbulda qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, Bakıdan İstanbula və əks istiqamətdə reyslər təxirə salınmayıb.  Bu gün üçün AZAL-ın Bakıdan İstanbula 3 reysi planlaşdırılmışdı. İlk təyyarə saat 09:59-da Bakıdan İstanbula uçub. Bu gün "Türk Hava Yolları"nın saat 20:45-də İstanbuldan Bakıya uçmalı olan və 11 yanvar saat 00:30-da eniş edəcək bir reysi hələ ləğv edilməyib”.

Qeyd edək ki, Türkiyədə qarlı-şaxtalı hava şəraiti səbəbindən Turkish Airlines son 4 gündə İstanbul aeroportlarından mindən çox uçuşu ləğv edib.

Ümumilikdə "Türk Hava Yolları"nın yanvarın 4-dən 989 aviareysi ləğv edilib. Ötən gün isə bu göstərici 1400-ü keçib. Bu gün də 121 reysin ləğv edildiyi bildirilir.

Mövzu ilə əlaqədar oxuyun:

Türk Hava Yolları 277 reysi ləğv edib

Türkiyə və Azərbaycan arasında aviareyslər təxirə salınıb

1news.az

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net