Türkər Qasımzadə: Xocalı həqiqətlərini dünyada yaymaq milli təəssübkeşlik məsələsidir – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Türkər Qasımzadə: Xocalı həqiqətlərini dünyada yaymaq milli təəssübkeşlik məsələsidir – FOTO

15:50 - 26 / 02 / 2019
Türkər Qasımzadə: Xocalı həqiqətlərini dünyada yaymaq milli təəssübkeşlik məsələsidir – FOTO

Ukraynanın paytaxtı Kiyev şəhərində Xocalı soyqırımı hadisələrini bədii üslubda çatdırmaq məqsədilə “Böyüməyən uşaqlar” tamaşası nümayiş olunub.

1news.az-ın məlumatına görə, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında səhnələşdirilən tamaşanın bəstəkarı Türkər Qasımzadə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərovun ideyası əsasında reallaşdıran səhnə əsəri barədə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Türkər bəy, Xocalı faciəsinin növbəti ildönümü münasibətilə Ukraynada nümayiş olunan “Böyüməyən uşaqlar” tamaşasının musiqisini siz bəstələmisiniz. Belə bir əsər üçün musiqi bəstələmək elə də asan olmamalıdır?

- İlk növbədə qeyd edim ki, belə bir tamaşanın ərsəyə gəlməsi çox vacib idi. İndi insanlar bu kimi hadisələri məhz belə tamaşaların gücü ilə daha aydın dərk edirlər. Əlbəttə, Xocalı həqiqətlərini dünya ölkələrində yüksək estetik meyarlarla yaymağa çalışmaq milli təəssübkeşlik məsələsidir.

Güman edirəm ki, məhz tamaşada bu faciəvi mövzunun bədii həlli zamanı qarşıya qoyulmuş əsas məqsədlərdən biri də o idi ki, tamaşa hər mənada müasir teatr, dramaturgiya və musiqi dilinin qanunauyğunluqları ilə tam mənada uzlaşsın. Bu uzlaşmadan yaranan bədii həllin müasir auditoriyaya təsir qüvvəsi daha çox olur və Xocalı mövzusunun da məhz bu şəkildə təqdimatı tamaşanın uğurlu olmasında əsas həlledici məqamlardandır.

Tamaşanın ideya müəllifi Ukraynada Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərov tamaşa üçün musiqi yazmağı mənə həvalə edəndə çox güman ki, estetik baxımdan mənim də bu müasir uzlaşmanı ərsəyə gətirə biləcək musiqi yazacağıma əmin idi.

Tamaşanın musiqisinin yazılmasında hansı yaradıcı çətinliklə üzləşdiniz? Mümkünsə proses haqqında danışardınız?

- Musiqi yazmaq fitrətən çətindir, o ki qaldı tamaşa musiqisi ola. Burada mümkün qədər çalışmalısan ki, musiqi tamaşa mətni, onun ruhu və obrazlarla uyğun gəlsin, tamaşa ilə musiqi arasında dissonans yaranmasın. Bu tamaşanın musiqisini yazanda əsas çətinliklərdən biri məkan məsələsi idi. İş belə alınmışdı ki, mən musiqini Küveytdə yazırdım, tamaşanın məşqləri isə Kiyevdə gedirdi. Məşqlərdə özüm iştirak edə bilmədiyim üçün baş verənlər haqqında tamaşanın rejissoru Yuriy Klyatskin və ideya müəllifi Murad Cəfərovla müzakirə edir, musiqisini yazırdım. Məhz bu yaradıcı söhbətlərin və mənəvi dəstək nəticəsində aradakı məsafəni dəf edərək tamaşaya uyğun musiqi yazmağa nail oldum.

Bilirsiniz, istənilən tamaşaya musiqi yazılanda rejissorun bəstəkardan dəqiq hansı formada, əhvalda musiqi istəməyini ifadə etmək qabiliyyəti çox vacib amildir. Yuriy Klyatskinin bu barədə çox dəqiq göstərişləri mənim işimi asanlaşdırdı və tamaşaya uyğun musiqi yazmağıma yol xəritəsi kimi kömək oldu. Rejissorla söhbətlərimizin birindən sizin üçün də maraqlı ola biləcək kiçik bir epizodu bölüşmək istərdim. Final səhnələr üçün musiqi yazılanda rejissor mənə rusca “Sevin və sizdə hər şey alınacaq” kimi bir açar ifadə verdi. Ümid edirəm ki, yazdığım musiqi ilə rejissorun bu sözlərinə cavab verə bildim.

- Türkər bəy, bilirsiniz ki, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində hər il fərqli layihələr ortaya qoyulur. Azərbaycandan kənarda çalışan musiqiçi kimi bundan sonrakı fəaliyyətinizdə bu mövzu nə qədər aktual olacaq?

- Xocalı soyqırımı  bizim milli faciəmizdən başqa həm də böyük mənada bir insanlıq faciəsidir. Mən bir musiqiçi və vətəndaş olaraq, bütün varlığımla bu haqsızlığın yerdə qalmaması üçün milli mübarizəmizi dayanmadan gücləndirməyə çalışacağam. Əlbəttə ki, ölkədən kənarda yaşayan hər bir azərbaycanlı kimi mən də bu istiqamətdə əlimdən gələni etməyə çalışacağam.

- İstərdik ki, Azərbaycan oxucusu sizin kimi gəncləri daha yaxından tanısın. Özünüzü necə təqdim edərdiniz?

- Bəstəkarlıq üzrə bakalavr dərəcəsinə Bakı Musiqi Akademiyasında yiyələnmişəm. Professor Xəyyam Mirzəzadə, İsmayıl Hacıbəyov və Aydın Əzimovun sinfində təhsil almışam. Bundan başqa Beat Furrer, Mark Andre, Stevan Tickmayer, Gabriela Lena Frank kimi dünya şöhrətli bəstəkarlardan ustad dərsləri almışam.

2009-cu ildə Nyu Yorkda keçirilən “Jordan Berk Memorial Prize”ın, 2010-cu ildə Avstraliyanın Melburn şəhərində keçirilən “Fəzada Davamlılığın Nadir Formaları” beynəlxalq müsabiqəsinin qalibi, 2012-ci ildə ABŞ-ın Boston şəhərində keçirilən ALEAİİİ beynəlxalq bəstəkarlıq müsabiqəsinin finalisti olmuşam. 2014-cü ildə ABŞ-ın Sinsinnəti Universitetinin bəstəkarlıq üzrə doktorluq dərəcəsinə yiyələnmişəm. Bu universitetdə bəstəkarlar professor Mara Helmuth və Michael Fidayin sinfində təhsil almışam.

Bəstəkarlıq üzrə magistr dərəcəsinə Nyu Yorkun Manhetten Konservatoriyasında yiyələnmişəm. Həmin ali təhsil ocağında bəstəkarlar Reiko Fueting və Nils Vigelanddan dərslər almışam.  ABŞ-dakı təhsilimə Heydər Əliyev Fondu dəstək verib.

Əsərlərim Fransa, İtaliya, Almaniya, İrlandiya, Bolqarıstan, Azərbaycan, Litva və İsveçrədə keçirilən bir çox beynəlxalq festivallarda ifa olunub. ABŞ-ın Sinsinnati Universiteti, ADA Universiteti, Azərbaycan Milli Konservatoriyasında dərs demişəm. Hazırda Küveytdə yerləşən Orta Şərq Amerikan Universitetində musiqi professoru vəzifəsində müəllimlik fəaliyyətimi davam etdirməkdəyəm.

1news.az

Paylaş:
1231

Sizin üçün xəbərlər

Son xəbərlər

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlərBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32
Bütün xəbərlər