Turizm şirkətləri kateqoriyalara bölünəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Turizm şirkətləri kateqoriyalara bölünəcək

15:48 - 27 / 06 / 2019
Turizm şirkətləri kateqoriyalara bölünəcək

Bu ilin sonunadək Azərbaycanda fəaliyyət göstərən turizm agentliklərinin reyestri yaradılacaq.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib. Onun sözlərinə görə, reyestrə daxil olacaq turizm şirkətləri müəyyən kateqoriyalara bölünəcək. Daha üstün keyfiyyətlərə malik olan turizm şirkətləri daha üstün kateqoriyalar alacaqlar.

Aparat rəhbəri bildirib ki, reyestrin yaradılması turizm sənayesinin inkişafı üçün tətbiq olunan mexanizmlərdən biridir.

Heç bir halda turizm şirkətinin işini məhdudlaşdırmaq niyyətində olmadıqlarını deyən K.Qasımov əlavə edib ki, ölkədə turizm şirkətlərinin, turizm sənayesinin fəaliyyətinin tənzimlənməsi, onların göstərdiyi xidmət keyfiyyətinin artırılması çox vacibdir:

"Turist şirkətlərinin göstərəcəyi xidmət turistlərin məmnunluğu baxımından önəmlidir. Bazarda kifayət qədər turizm şirkətləri, sənaye üzvləri var ki, onların fəaliyyətinin nəzarət altına alınması, keyfiyyət qiymətləndirilməsinə ehtiyac var".

1news.az

Paylaş:
471

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər