Turistlər 4 steykə görə 1100 avro hesab ödəyiblər | 1news.az | Xəbərlər
Dünya

Turistlər 4 steykə görə 1100 avro hesab ödəyiblər

10:04 - 24 / 01 / 2018
Turistlər 4 steykə görə 1100 avro hesab ödəyiblər

İtaliyanın Venesiya şəhərindəki restoranda 4 steyk və bir qab qızardılmış balığa görə yaponiyalı turistlərə 1100 avroluq hesab təqdim edilib.

1news.az  bbc-yə istinadla xəbər verir ki, bu hadisə şəhər merinin hiddətinə səbəb olub.

Hadisə Müqəddəs Mark meydanında yerləşən restoranda baş verib. Yaponiyalı tələbələrinə verilən hesabda yeməklərdən başqa adi su və xidmət haqqı olub. Bununla bağlı turistlər şikayət ediblər.

Bu arada tələbələrin 3 rəfiqəsi başqa restorana baş çəkib. Lakin orada da qiymət ucuz olmayıb. Yaponiyalı xanımlar dəniz məmulatları ilə pastaya 350 avro ödəyiblər.

"Biz nəyin baş verdiyini ətraflı araşdırıb, şikayətlərin nə dərəcədə haqlı olduğunu öyrənəcəyik. Əgər bu rüsvayçılıq doğrudan da baş veribsə, əlimizdən gələni edəcəyik ki, təqsirkarlar cəzalandırılsın. Biz həmişə ədalət tərəfindəyik!", deyə şəhər meri  Luigi Brugnaro bildirib.

Yaponiyalı turistlərin şikayətini şəhər sakinlərinin "Gruppo 25 Aprile" təşkilatından Marco Gasparinetti dəstəkləyib.

Yerli mətbuat konkret adlar çəkməsə də, sahibi çinli olduğu restoranın misirli tərəfindən idarə olunduğu yazır.

Gasparinettinin sözlərinə görə, Müqəddəs Mark meydanı ətrafında yerli sakinlərə məxsus restoranların sayı yalnız 11 faiz təşkil edir. Tarixi məhəllələrdə isə bu rəqəm 50 faiz ətrafındadır.

"Gruppo 25 Aprile" yaponiyalı turistlərin düşdüyü vəziyyətdən yayınmaq üçün öz məsləhətlərilə paylaşacağını bildirir.

1news.az 

 

 

Paylaş:
615

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər