Tullantıları düzgün idarə etməyən bələdiyyə sədri cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Tullantıları düzgün idarə etməyən bələdiyyə sədri cərimələndi

18:20 - 20 / 04 / 2018
Tullantıları düzgün idarə etməyən bələdiyyə sədri cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Şamaxı rayon sakini Aygün Məmmədova tərəfindən Şamaxı rayonu Şəhriyar qəsəbəsində məişət tullantılarının pərakəndə şəkildə atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən məişət tullantılarının qeyri-mütəşəkkil atılaraq qalaqlandığı, əraziyə zibil yeşiklərinin qoyulmadığı  və tullantıların qanunvericiliyə uyğun idarə olunmadığı  müəyyən edilib.

Araşdırma zamanı məişət tullantılarının əraziyə qəsəbə sakinləri Tamara Manafova, Rahib Həsəni və Nazim Zarcan tərəfindən atılaraq qalaqlandığı  və Şəhriyar qəsəbə bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun qaydada idarə olunmadığı aşkar olunub. 

Faktla bağlı qanun pozucuları barəsində protokollar tərtib olunub.  İnzibati xəta törətdiyinə görə Şəhriyar qəsəbə bələdiyyəsinin sədri Musa Musayev vəzifəli şəxs qismində 4000, qəsəbə sakinləri T.Manafova, R.Həsəni və N.Zarcan isə fiziki şəxs qismində hər biri 700 manat məbləğində cərimə edilib.

Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin məişət tullantılarından təmizlənməsi və qəsəbədə tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunması üçün Şəhriyar qəsəbə bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. 

1news.az

Paylaş:
369

Son xəbərlər

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57
Bütün xəbərlər