Havay adalarına uçan təyyarə tualet probleminə görə təcili eniş etdi | 1news.az | Xəbərlər
Dünya

Havay adalarına uçan təyyarə tualet probleminə görə təcili eniş etdi

12:03 - 17 / 01 / 2018
Havay adalarına uçan təyyarə tualet probleminə görə təcili eniş etdi

ABŞ-ın “United Airlines” hava yolları şirkətinə aid sərnişin təyyarəsi tualetin həddindən artıq dolmasına görə təcili eniş edib.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Denverdən Havay adalarına uçan layner təyinat nöqtəsinə bir neçə saat qalmış havada dönərək San-Fransisko aeroportuna enib. Aeroportda təyyarə boşaldılıb və təyinat nöqtəsinə sərnişinlərin başqa təyyarənin göyərtəsində uçmasına qərar verilib. Beləcə, səkkiz saatlıq hava reysinin sərnişinləri əlavə səkkiz saat gözləməli olub.

Məlum olub ki, Denver aeroportunun işçiləri uçuşdan əvvəl təyyarəyə lazımi qaydada texniki xidmət göstərməyib.

“Hadisə çox xoşagəlməzdir və bizi məyus etdi”, - deyə üzrxahlıq edən “United Airlines” şirkətinin nümayəndəsi bildirib. Şirkət günahını özünəməxsus şəkildə yumağa çalışıb: sərnişinlərin hesablarına əlavə 10 min mil uçuş bonusunun əlavə olunmasını və ya 200 dollar məbləğində vauçer təklif edib.

2017-ci ilin avqust ayında “United Airlines” hava yolları şirkətinin pilotlardan biri təhdid dolu bəyanatlar səsləndirdikdən sonra onlarla sərnişin həmin şirkətin təyyarəsi ilə uçmaqdan imtina etmişdi.  

1news.az

Paylaş:
951

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər