TRT-nin V Beynəlxalq Media Təhsili Proqramında AZƏRTAC da təmsil olunur – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

TRT-nin V Beynəlxalq Media Təhsili Proqramında AZƏRTAC da təmsil olunur – FOTO

16:48 - 05 / 12 / 2017
TRT-nin V Beynəlxalq Media Təhsili Proqramında AZƏRTAC da təmsil olunur – FOTO

Dekabrın 5-də Türkiyənin Antalya şəhərində TRT V Beynəlxalq Media Təhsil Proqramı işə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, yetmiş ölkədən 162 jurnalisti bir araya gətirən bu Proqramda AZƏRTAC-ın multimedia və videoxəbər şöbəsinin müdiri Aygün Həsənova da iştirak edir.

Açılışda çıxış edən layihə rəhbəri Əkrəm Özdəmir proqramın təcrübə mübadiləsi üçün bir platforma olduğunu, treninqlər müddətində Türkiyənin 60 məşhur media mütəxəssisinin iştirakçılarla öz təcrübələrini bölüşəcəklərini diqqətə çatdırıb. O deyib: “Treninqlərdə xəbər yayımı mütəxəssisləri ilə yanaşı, Türkiyənin bir çox televiziya və özəl şirkətlərinin film və serial çəkilişləri üzrə yaradıcı qrup rəhbərləri də bacarıqları, uğurları barədə ətraflı məlumat verəcəklər”.

TRT-nin baş direktoru Erkan Durdu bu platformanın dünyanın bir çox ölkələrindən gələn media nümayəndələri üçün əlaqələr və təcrübə mübadiləsi baxımından bir vasitə olduğunu qeyd edib. Baş direktor burada TRT-nin yeni yayım texnologiyaları barədə təlim keçirildiyini, dəqiq və vicdanlı xəbərçiliyin hər zaman yüksək tutulduğunu, bunun bütün media mənsubları üçün də vacib olduğunu deyib. “Dünyada baş verən hadisələr, münaqişələrin nəticələri barədə ictimaiyyətə doğru məlumat çatdırılmasında jurnalistlərin böyük rolu var. TRT-nin əsas məqsədi proqram müddətində bu təcrübənin bəzi vacib məqamlarını iştirakçılarla bölüşməkdir”, - deyə Erkan Durdu bildirib.

Sonra TRT-nin tanıtım filmi nümayiş etdirilib.

Xatırladaq ki, TRT-nin hər il keçirdiyi beynəlxalq təhsil layihəsinə 2009-cu ildə start verilib.

S.Xankişiyeva

Paylaş:
528

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər