1news.az

Toy yasa döndü: bəy xəyanət etdiyi üçün gəlini öldürdü

22 Oktyabr saat 12:01 ~ 1 dəqiqəlik oxu 2177
Toy yasa döndü: bəy xəyanət etdiyi üçün gəlini öldürdü

Daha bir xəyanət ölümə səbəb olub.

1news.az-ın türk mətbuatına istinadla verdiyi xəbərə görə, Türkiyədə xəyanət edən qadın öldürülüb.

Türkiyənin Afyonkarahisar vilayətində adaxlısını başqa kişi ilə görən oğlan onu və məşuqunu bıçaqlayıb.

Bayram A. adlı kişi toy etməyə hazırlaşdığı Şevval S.-nı yad kişi ilə görüb. O, həm Şevvalı, həm də Ali İhsan D.nı bıçaqlayıb. Hər ikisi xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.

Cinayətdən sonra Bayram A. saxlanılıb.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net