1news.az

Tofiq Abbasov: Azərbaycanı sevməyən xarici qüvvələr ölkəmizi Suriyaya çevirmək istəyir

12 İyul saat 16:26 ~ 2 dəqiqəlik oxu 760
Tofiq Abbasov: Azərbaycanı sevməyən xarici qüvvələr ölkəmizi Suriyaya çevirmək istəyir

Gəncədə baş verən son hadisələr ölkənin mövcud ictimai-siyasi vəziyyəti ilə qeyri-mütənasibdir və təxribat xarakteri daşıyır.

Bu fikirləri 1news.az-a azərbaycanlı politoloq Tofiq Abbasov bildirib:

“Bu cür hadisələrin baş verməsinə heç bir əsas olmayıb. Bütün bunların arxasında Azərbaycanın bugünkü stabil inkişafından narahat olanların əli var. Onlar istəyirlər ki, ölkəmizi Liviya və ya Suriyaya çevirsinlər”.

“Azərbaycan dövlətinin qüdrəti, ölkənin qarşıya qoyduğu yüksək vəzifələr və onlara nail olması, stabil geosiyasi trend – bütün bunlar ölkənin daxilinə optimizm təşviq etdiyi halda, xaricdən başqa cür qarşılanır”. 

Onun sözlərinə görə, Azərbaycanı sevməyən xarici qüvvələr təhlükəli plan və ideyalar hazırlayaraq, ölkədə yeni risklər yaratmaq istəyir:

“Gəncə hər zaman yüksək mədəniyyəti və tolerantlığı ilə tanınıb. Gəncəlilər isə hamısı ziyalı, təmkinli insanlardır. Bir neçə təxribatçı sakinlərin narazılığından istifadə edərək vəziyyəti qarışdırmağa çalışıb ki, şəhərdə kütləvi iğtişaşlar yaransın. Lakin gəncəlilər özlərini aldatmağa və təxribatçılarıın xaos yaratmasına da imkan verməz”.

Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyevin sakinlər arasında nüfuza sahib olmaması ilə bağlı T.Abbasov bildirib:

“Dünya yerli idarə etməsi orqanlarından razı az şəhər tapmaq olar. Hər yerdə zəif idarəetmələr, həll olunmamış problemlər var. Lakin problemi silah vasitəsilə həll etməyə heç kəsin haqqı çatmır.

Bu insanlar dövlətin təyin etdiyi nümayəndələrdir. Regionların inkişafı ilə bağlı konseptual proqramların təminatçısı olaraq ölkə prezidentindən nümunə götürməlidirlər. Buna görə də yerli idarəetmə orqanları sakinlərin maraqlarına diqqətlə yanaşmalı, onların sorğularını dinləməlidir”, - deyə politoloq bildirib.

Sonda politoloq bildirib ki, icra hakimiyyətinin başçı mədəni, təhsilli, təmkinli, natiq, xalqla söhbət etməyi bacaran, tənqidə hazır və öz işini idarə etməyi bacaran şəxs olmalıdır.

Tərcümə: S.Xankişiyeva

Əli Həsənov: Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər ən ciddi şəkildə cəzalandırılacaqlar

Rəhman Hacıyev: Gəncədə polisləri deyil, bizləri “bıçaqladılar”

Gəncədə qeyri-qanuni aksiya dağıdıldı

Təhlükəsizlik orqanları Gəncə hadisələrində şübhəli bilinən 2 nəfəri axtarır – FOTO

Gəncədə iğtişaş zamanı polis polkovnik-leytenantı və polis zabiti şəhid olub

 

 

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net