The Washington Times: Azərbaycan ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir | 1news.az | Xəbərlər
Siyasət

The Washington Times: Azərbaycan ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir

13:48 - 16 / 10 / 2018
The Washington Times: Azərbaycan ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir

Azərbaycan dünya arenasında ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə "Caspian Group Holdings"in baş direktoru Rob Sobhaninin "The Washington Times" qəzetində dərc olunmuş məqaləsində deyilir.

Məqalədə qeyd olunur: "Bu dünyəvi müsəlman ölkəsi ABŞ-ın dünya arenasında ən etibarlı, amma, eyni zamanda dəyəri bilinməyən müttəfiqlərindən biridir".

ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana planlaşdırılan səfərindən danışan R.Sobhani vurğulayıb ki, bu səfəri Vaşinqtonun öz müttəfiqinə dəstəyini nümayiş etdirməsi üçün istifadə etməlidir.

Daha sonra müəllif qeyd edir ki, Azərbaycan Xəzər dənizində fəal kəşfiyyat, yataqların işlənməsi və enerji ehtiyatlarının dünya bazarlarına nəqli üzrə ABŞ-ın məqsədlərini bölüşür:

"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ən etibarlı ixrac dəhlizinə və enerji ehtiyatlarının dünya bazarlarına tədarükünün şaxələndirilməsi xəttinə çevrilib. Bolton Qərbin enerji təhlükəsizliyinin möhkəmlənməsinə Azərbaycanın töhfəsini alqışlamalıdır".

R.Sobhani qeyd edir ki, Prezident İlham Əliyev Azərbaycanı ABŞ-ın bir çox məqsəd və mədəni dəyərlərini bölüşdürən sabit, müstəqil, çiçəklənən, tolerant və müasir ölkəyə çevirmək niyyətini reallaşdıra bilib:

"Azərbaycan dünyada ən qədim yəhudi icmasının vətənidir və onun liderləri qürurla bəyan edirlər ki, əgər hansısa yəhudi dünyanın hər hansı bir hissəsində təhlükədə hiss edirsə o, Azərbaycana köçməlidir".

O əlavə edib ki, C.Bolton öz səfərindən ABŞ-ın bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda və ədalətli nizamlanmasına sadiqliyini təsdiq etmək üçün istifadə etməlidir.

1news.az

Paylaş:
518

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər