1news.az

Telman İsmayılov beynəlxalq axtarışa verilib

11 Noyabr saat 13:52 ~ 1 dəqiqəlik oxu 261
Telman İsmayılov beynəlxalq axtarışa verilib

Moskva şəhərinin Basman rayon məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb.

1news.az-ın İnterfax-a istinadla verdiyi xəbərə görə, T.İsmayılovun vəkili Marina Rusakova bildirib ki, T. İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir.

Məlumata görə, məhkəmə bu qərarı oktyabrın 30-da çıxarıb. Qiyabi qəbul edilən həbs qərarı ilə əlaqədar apellyasiya məhkəməsinə müraciət edilib. Apellyasiya şikayətinə noyabrın 15-də  baxılacaq.

Bildirilir ki, T.İsmayılov həm də qanunsuz silah dövriyyəsində təqsirləndirilir.  Azərbaycanlı iş adamı artıq beynəlxalq axtarışa verilib.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rusiya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net