Təkər üzərində mağaza – FOTO | 1news.az | Xəbərlər
Dünya

Təkər üzərində mağaza – FOTO

15:33 - 15 / 01 / 2018
Təkər üzərində mağaza – FOTO

Robomart adlı robomağaza artıq küçələrə çıxmağa hazırdır.

1news.az-ın technote.az-a istinadla verdiyi xəbərə görə, bu layihənin yaradıcılarının ideyalarına əsasən təkər üzərində hərəkət edən robotlaşdırılmış mağaza ticarət şəbəkələrinə yeni filialların açılmasında qənaət edilməsinə yardımçı olacaq. Beləliklə yeni filialların istifadəyə verilməsi yerinə həmin ticarət şəbəkələri lazımi rayonlara robomağazanı göndərərək daha kiçik miqyasda supermarket çeşidlərini insanlara təqdim edə bilərlər.

Xarici görünüşcə robomağaza fantastik filmlərdə olan pilotsuz kiçik avtobuslara bənzəyir. Lakin robomağazanın qırağında sərnişinlər üçün qapı əvəzinə məhsulların yerləşdiyi yer var.

İdeyaya əsasən istənilən şəxs həmin robomağazanı öz smartfonundakı xüsusi tətbiq vasitəsilə evinə çağıra bilər. Ödəniş prosesi də həmin tətbiqdə reallaşır. Robomağaza evə yaxınlaşandan sonra istifadəçi smartfonu vasitəsilə onun qapısını açır və lazımi məhsulları götürür. Startapın yaradıcısı Ali Ahmedin fikrincə onun layihəsi Amazon kimi digər çatdırılma servisləri ilə rəqabət apara bilər. O qeyd edib ki, təkərlər üzərində hərəkət edən robotlaşdırılmış mağaza konsepsiyası alıcılar üçün daha cəlbedici və sərfəlidir. Lakin Ahmed robomağazada satılacaq məhsulların qiymət göstəriciləri barəsində heç bir məlumat verməyib.

Robomart öz robotlaşdırılmış mağazalarını ticarət şəbəkələrinə icarəyə verməyi planlaşdırır. Beləliklə ticarət şəbəkələri göstərdikləri xidmət zonalarını genişləndirə biləcək və bununla da mənfəət əldə edəcəklər. Əvvəllər isə bunun üçün yeni mağazaların açılması lazım gəlirdi. Robomağaza kamera və radar sistemləri ilə təchiz olunub. Beləliklə o, ətraf mühitdə hərəkət edə və müxtəlif məsafələrdə görə bilir. Buna baxmayaraq robomağaza tam olaraq avtopilot sisteminə sahib deyil. Lakin Ahmed bu il ərzində 5-ci səviyyə avtopilot sisteminə nail olacağına söz verib.

S.Xankişiyeva

 

Paylaş:
758

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi16 / 04 / 2024, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıb16 / 04 / 2024, 17:46Azərbaycan elektromobil idxalını artırıb16 / 04 / 2024, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb16 / 04 / 2024, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb16 / 04 / 2024, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb16 / 04 / 2024, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTO16 / 04 / 2024, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir16 / 04 / 2024, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEO16 / 04 / 2024, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb16 / 04 / 2024, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI16 / 04 / 2024, 16:10Bakcell böyük yeniliklərə hazırlaşır16 / 04 / 2024, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək16 / 04 / 2024, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTO16 / 04 / 2024, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO16 / 04 / 2024, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildi16 / 04 / 2024, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib16 / 04 / 2024, 15:22Bakıda mənzildə meyit aşkarlandı16 / 04 / 2024, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib16 / 04 / 2024, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib16 / 04 / 2024, 14:06
Bütün xəbərlər