Tbilisidə antiterror əməliyyatı başa çatıb, terrorçular zərərsizləşdirilib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Tbilisidə antiterror əməliyyatı başa çatıb, terrorçular zərərsizləşdirilib – YENİLƏNİB

17:27 - 22 / 11 / 2017
Tbilisidə antiterror əməliyyatı başa çatıb, terrorçular zərərsizləşdirilib – YENİLƏNİB

Tbilisidə keçirilən antiterror əməliyyatı başa çatıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, terrorçular zərərsizləşdirilib.

Hazirda binada və ətraf ərazilərdə ehtiyat tədbirləri və araşdırma aparilır. Terrorçuların sayı və yaralılar barədə dəqiq məlumat verilmir. Amma xüsusi təyinatlılar arasında 5 nəfərdən çox yaralı olduğu bildirilir.

16.47

Tbilisidə keçirilən antiterror əməliyyatları zamani daha bir xüsusi təyinatlı yaralanıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, binada gizlənən terrorçularla xüsusi təyinatlılar arasında baş verən atışma zamanı yaralanan xüsusi təyinatlı təcili xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin sözlərinə görə, terrorçuların atəş nöqtələrindən birinə qumbaraatanla atəş açılıb.

İlkin məlumatlara gorə, bir terrorçu məhv edilib.

09.10

Tbilisinin ətrafında bir neçə saatdır antiterror əməliyyatı davam etdirilir, hadisə yerindən atışma və partlayış səslərinin eşidildiyi bildirilir.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hazırda xüsusi təyinatlılar  şübhəli şəxslərin olduğu binaya daxil olmağa çalışırlar.

“Bu dəqiqələrdə şübhəli şəxslərin olduğu binaya daxil olmaq istiqamətində əməliyyat keçirilir. Bir neçə dəfə güclü partlayış səsi eşidilib, atışma davam etmıkdədir”, - deyə İnterpressnews.ge bildirir. 

Gürcüstanın “Birinci kanal”ının məlumatına görə, xüsusi əməliyyat keçirilən əraziyə yaxın binalardan sakinlər təxliyə edilib. Şübhəli şəxslərin olduğu bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.

Bundan əvvəl bildirilmişdi ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirir, mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb.   Qurumun məlumatında bildirilir ki, əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilir.

Şübhəli şəxslərin olduğu bina mühasirəyə alınıb, sakinlərin təhlükəsizliyi təmin edilib.

“Rustai-2” telekanalı bildirib ki, əməliyyatın məqsədi terror təşkilatları ilə əlaqədə şübhəli bilinən iki xarici vətəndaşın saxlanılmasıdır.

S.Xankişiyeva

 

 

Paylaş:
641

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər