Tarix İnstitutu: Ermənilər Şimali Azərbaycana “Türkmənçay”ın şərtlərinə əsasən köçürülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarix İnstitutu: Ermənilər Şimali Azərbaycana “Türkmənçay”ın şərtlərinə əsasən köçürülüb - FOTO

17:32 - 07 / 03 / 2018
Tarix İnstitutu: Ermənilər Şimali Azərbaycana “Türkmənçay”ın şərtlərinə əsasən köçürülüb - FOTO

Martın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

1news.az-a Tarix İnstitutundan verilən məlumata görə, Elmi Şurada “Türkmənçay müqaviləsi və ermənilərin  Şimali Azərbaycan torpaqlarına köçürülməsi” məsələsi müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan institut direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı terrora, soyqırımlarına və deportasiyalara ən çox məruz qalmış xalqlardan biridir: “200 ildir ki, xalqımız faciələrlə dolu bir tarix yaşayır. Bu qanlı tarix ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb”.

 “1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsi və 1829-cu il Ədirnə müqaviləsi ilə ermənilərin Osmanlı imperiyası və Qacarlar İranından köçürülməsinin əsası qoyuldu. Erməni köçlərini bütün yol boyunca çar Rusiyasının mühafizə dəstələri müşayiət edir, onlara adambaşına pul və ərzaq paylanır, köç üçün nəqliyyat ayrılır, ən münbit Azərbaycan torpaqları onlara verilir və bütün vergilərdən azad olunurdular. Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri budur ki, tanınmış rus rəssamı Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr edib”, - deyə Yaqub Mahmudov qeyd edib.

Akademik bildirib: “Çar Rusiyası XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında yeni bir etnos - erməni etnosunu məskunlaşdırdı. Ermənilər bura I Pyotrun göstərişindən sonra Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülmüş etnosdur. Ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir”.

İnstitut direktorunun sözlərinə görə, Osmanlı imperiyası və Qacarlar İranının bəzi dairələri ermənilərin Cənubi Qafqaza köçürülməsinə etiraz ediblər.

Xatırladaq ki, tanınmış rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”.

Tarixçi alimlər Kərim Şükürov, Hacı Həsənov, Ənvər Məmmədov, Elçin Qarayev, Vidadi Umudlu, Ramil Niftəliyev, Zeynəb Qafarova, Sahibə Budaqova və başqaları çıxış edərək bildiriblər ki, ermənilər Cənubi Qafqaza gətirilmə etnosdur və bugünkü Ermənistan Respublikası Azərbaycanın tarixi torpaqlarında yaradılıb.

S.Xankişiyeva

Paylaş:
1064

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər