Tailandda 3 minə yaxın ac meymun kəndlərə hücum etdi | 1news.az | Xəbərlər
Dünya

Tailandda 3 minə yaxın ac meymun kəndlərə hücum etdi

11:15 - 23 / 01 / 2018
Tailandda 3 minə yaxın ac meymun kəndlərə hücum etdi

Tailandın Sisaket vilayətində iki kənd makakalarının hücumuna məruz qalıb.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “South China Morning Post” məlumat yayıb.

Ac olan vəhşi meymun sürüləri evlərə basqın edib, ərzaq axtarışında otaqları və mətbəxi alt-üst edib, soyuducuları açıb, məhsulları yerə boşaldıb.

Meymunlar ətrafdakı əkin sahələrinə ziyan vurub, buddist məbədinə aid yaşayış evlərinə soxulub. “Hücumlarda” üç minə yaxın meymunun iştirak etdiyi bildirilir.

Ac makakalar evə qapı və pəncərədən daxil ola bilmədikdə, evlərin bacasına və ventilyasiya sistemlərinə dırmanıb. Bəzən evlərin damlarında “qənimət” uğrunda müxtəlif sürülər arasında kütləvi dava düşüb. Bir neçə yaşayış evinə ziyan dəydiyi xəbər verilir.

Yerli sakinlər meymunların regiona turist axınına səbəb olacağına ümid etdiyindən onlara toxunmur. Sakinlər dövlətin aidiyyəti qurumlarını makakaların populyasiyasını məhdudlaşdırmağa çağırır. Belə ki, məhz makaka sayının həddindən artıq çoxalmasının  bu heyvanların məskənlərində  qida qıtlığına və onların kəndlərə hücum etməsinə səbəb olduğu iddia olunur.

Qeyd edək ki, Yava makakaları (lat. Macaca fascicularis) boyu 60-65 sm, çəkisi 8.5 kiloqrama qədər olan kiçik ölçülü meymunlardır. Onlar vadilərdə, tropik və manqra meşələrində məskunlaşır.

1news.az

Paylaş:
2198

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər