Surqut aeroportuna əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adı verildi | 1news.az | Xəbərlər
Dünya

Surqut aeroportuna əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adı verildi

09:47 - 05 / 12 / 2018
Surqut aeroportuna əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adı verildi

Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin ən böyük beynəlxalq hava limanı - Surqut aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq.

1news.az-ın məlumatına görə, bu, “Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsinin nəticələrinə əsasən məlum olub.

Beş milyona yaxın rusiyalının iştirak etdiyi səsvermənin nəticələri dekabrın 4-də elan olunub. Xantı-Mansiysk muxtar dairəsinin iki aeroportu – Nijnivartovsk və Surqut hava limanları həmyerlimizin adını daşımaq uğrunda mübarizə aparırdı. Səsvermənin nəticələrinə görə, ən çox səsi Surqut aeroportu toplayıb. Nijnivartovsk hava limanı üçün ad seçimi layihənin ikinci turunda davam edəcək.

Maraqlı olacağını nəzərə alıb əfsanəvi geoloq Fərman Salmanovun dosyesini təqdim edirik:

Fərman Qurban oğlu Salmanov Rusiya tarixində Tümenin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi tanınır.

O, 28 iyul 1931-ci ildə Şəmkir rayonunun Morul kəndində anadan olub. Azərbaycan Sənaye İnstitutu, indiki Azərbaycan Dövlət Neft Akademiyasının geoloji kəşfiyyat fakültəsini bitirib. Kuzbasa neft-qaz yataqlarına kəşfiyyata göndəriləndə qərara gəlir ki, orada heç bir neft-qaz potensialı yoxdur. Sovet rəsmilərindən icazəsiz könüllülərlə Sibirin Surqut bölgəsinə gedir. O vaxtlar Sibir perspektivsiz ərazi sayılırdı.

Salmanov 1961-ci il 21 martda Megion yatağını kəşf edir və orada qazılan ilk kəşfiyyat quyusu fontan vurur. Geologiya Nazirliyindəki əleyhdarları neft fontanının tezliklə tükənəcəyini deyirlər. Salmanov Üst-Balıqda II neft-qaz yığımını kəşf edir, N.Xuruşova məktub göndərir:

“Mən neft tapmışam. Bax, belə”.

Bir müddət sonra Sovet liderləri Salmanovun kəşflərinin əhəmiyyətini anlayırlar, Sibir ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilir.

Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr edib, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf edib və ya bəzilərinin kəşfində iştirakçı olub.

1978-ci ildən 1987-ci ilə qədər Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsinə rəhbərlik edib.

1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin I müavini kimi işləyib. Həyatının sonuna qədər Rusiyanın “İtera Qaz Şirkəti” prezidentinin məsləhətçisi kimi çalışıb.

160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifi, Rusiya Elmlər Akademiyasının müxbir üzvi, “Lenin ordeni”, “Sosialist Əməyi Qəhrəmanı”, “Qırmızı Əmək Bayrağı ordeni”, “Surqut şəhərinin fəxri vətəndaşı” və s. kimi ordenlərlə təltif olunub. Haqqında “Tayqa qəhrəmanı” sənədli filmi çəkilib.

2007-ci il 31 martda 75 yaşında Moskvada vəfat edib.

1news.az

Paylaş:
1212

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər