Politoloq: Suriya ətrafında baş verənlər Rusiya və ABŞ arasında müharibə hazırlığının başlandığını deməyə əsas verir | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Suriya ətrafında baş verənlər Rusiya və ABŞ arasında müharibə hazırlığının başlandığını deməyə əsas verir

12:08 - 06 / 03 / 2018
Politoloq: Suriya ətrafında baş verənlər Rusiya və ABŞ arasında müharibə hazırlığının başlandığını deməyə əsas verir

"Suriya ətrafında baş verənlər Rusiya və ABŞ arasında müharibə hazırlığının başlandığını deməyə əsas verir".

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün işə çıxmadı: "Müxtəlif şayiələr yayılsa da, ehtimal ki, o, Suriyada ABŞ-a hərbi yolla cavab  variantını hazırlayırmış. Suriyanın Şərqi Quta ərazisində Rusiyanın təşəbbüsü ilə hərbi əməliyyatlar başladı və Qərb mətbuatının yazdığına görə bu hərbi əməliyyatlarda uğursuzluğa düçar oldu. Az sonra RF Suriyaya 4 ədəd beşinci nəsil Su-57 qırıcı hərbi təyyarə göndərdi.

ABŞ dərhal BMT TŞ-də Suriyanın əksər ərazisindən humanitar pauzaya dair qətnamə qəbul etdirdi. Məsələnin qoyuluşuna görə RF bu qətnamənin əleyhinə çıxa bilmədi. Rusiyanın sərvaxt yaxalandığı aşkar hiss olunur. ABŞ prezidenti Donald Tramp Amerika xalqına müraciət edərək birliyə çağırdı. Belə müraciətlər adətən müharibə və ya güclü hərbi əməliyyatlar zamanı edilir. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Suriyanın ərazi bütövlüyünü pozmaq və alternativ dövlət qurumları yaratmaqda ittiham etdi. Suriya timsalında Lavrov “kvazidövlət” terminini dövriyyəyə buraxdı. RF-in BMT-dəki daimi nümayəndəsi V.Nebenzyanın fikrincə, ABŞ Suriyada şübhəli legitimliyi olan geosiyasi məsələlərlə məşğuldur və BMT TŞ-nin Suriya ilə bağlı yeni qətnaməsinin ABŞ tərəfindən sərbəst interpretasiyasına imkan verməyəcəyini bildirdi".

Politoloq əlavə edib ki, Rusiya Müdafiə Nazirliyinin fikrincə, “Ceyş-əl-İslam” terrorçu qruplaşmasının döyüşçüləri öz fəaliyyətləri ilə sülh prosesini pozurlar və Suriya Ərəb Respublikasının qoşunlarını cavab atəşi açmağa məcbur edirlər: "Lavrovun fikrincə, “Cəbhət ən-Nüsrə” Şərqi Qutanın ən böyük problemi qalmaqdadır. Görünür, bununla RF ABŞ-la diskussiyanı daha əvvəlki mövzulara qaytarmaq istəyir.

Suriya kontekstində digər mübarizə meydanı Suriya Milli Dialoq Konqresi və Astana danışıqlarıdır. ABŞ Milli Dialoq Konqresi və Astana danışıqlarının faydasız olduğunu rəsmən bildirdi. Lavrovun fikrincə, məhz Astana danışıqları ABŞ-a Suriyanı parçalamağa imkan vermir. ABŞ RF və Suriyanı Şərqi Quta sakinlərinə hücum etməkdə ittiham etdi. Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders yazılı bəyanat yaydı.

Kürd mövzusu da ABŞ-la Rusiyanın arasında yenidən  mübarizə parametrinə çevrildi. RF Xİ naziri S.Lavrov kürd mövzusunu siyasi məqsədlər üçün istifadə etməməyə və kürd faktoru ilə spekulyasiya etməməyə çağırdı.

ABŞ Rusiyanı fövqəldövlət olmaq cəhdlərində ittiham etdi. Eks-prezident, kiçik Buşun fikrincə, Putin SSRİ-nin hegemonluğunu bərpa etmək istəyir. Onun fikrincə, Putin zəiflikləri müəyyən və ondan istifadə etməkdə əla taktikdir. ABŞ-ın BMT-dəki nümayəndəsi N.Heylinin fikrincə, Rusiya  nə qədər ki, özünün indiki dəyərlərinə söykənir və özünü beynəlxalq arenada indiki kimi aparır, belə Rusiya ABŞ-ın dostu ola bilməz.

Rusiya XİN rəhbərinin  müavini S.Ryabkovun fikrincə, Rusiya ilə ABŞ arasında münasibətləri qurmaq çox  çətin olacaq. ABŞ hədsiz etibarsız tərəfdaş rolundadır. ABŞ-ı bu vəziyyətdən çıxarmaq çox mürəkkəb olacaq. Bu proses uzun müddət vaxt tələb edir. ABŞ Rusiyanın qeyri-strateji nüvə silahlarının artırmasından və kosmik gəmiləri sıradan çıxara bilən silahlar yaratmasından  narahatdır.

ABŞ Dövlət Departamentinin fikrincə, Rusiyanın hərbi-sənaye kompleksinə qoyulan sanksiyalar 3 milyard dollar itki yaradıb. Suriya, İraq, Sudan və Misiri Rusiyadan S-400 ZRK-lar almaqla bağlı  müqavilələrindən imtina etməyə çağırdı.

ABŞ-ın yeni nüvə doktrinasında Rusiya ən əsas təhlükələrdən biri kimi təqdim olunur. RF XİN ABŞ-ın nüvə doktrinasını ikiüzlü və antiRusiya adlandırdı. RF-in ABŞ-dakı səfiri A.Antonovun fikrincə, ABŞ Rusiyanın timsalında qorxunc bədheybət yaratmaqla özünün hərbi xərclərinin artmasını və nüvə potensialının güclənməsini əsaslandırmaq istəyir.

Latın Amerikasında RF-in  mövqeyinin güclənməsi ABŞ-ı narahat edir. ABŞ-ın Silahlı Qüvvələrinin Cənub Komandanlığının başçısı, admiral Kurt Tiddin fikrincə, Rusiya ABŞ-ın Latın Amerikasında strateji rəqibidir. Moskva bu regionda ABŞ-ın maraqlarını dağıtmaq istəyir. Rusiyanın kiber və kəşfiyyat imkanlarını nəzərə almaqla onun bu regionda artan rolu ABŞ-da narahatlıq yaradır".

M.Əhmədoğlu vurğulayıb ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Ermənistanda narahatlıq yaradıb:

Bu narahatlıq 3 aspektdən diqqəti çəkir:

ı. RF-də fəaliyyət göstərən “Taşir” kompaniyası Ermənistan ərazisində ABŞ şirkətləri ilə birlikdə reallaşdırdığı layihələrin taleyi sual işarəsi altındadır. Çünki bu qrupun başçısı S.Karapetyanın adı RF-in sanksiya siyahısına daxil edilib. Ola bilər buna görə də “Taşir” qrupu ABŞ-ın xoşuna gəlmək üçün nümayişi Moskvada qadağan olunan “Stalinin ölümü” filmini Yerevanda nümayiş etdirir.

ıı. Rusiyanın hərbi-siyasi kompleksinə qoyulmuş sanksiyalar Ermənistan üçün  ciddi problemlər yarada bilər; Ermənistan yalnız RF-dən ucuz və kredit vasitəsilə silah ala bilər. Dünyanın başqa dövlətindən silah almağa Ermənistanın pulu yoxdur. Əgər Ermənistan RF-dən silah alacaqsa bu onu ABŞ-ın qəzəbi ilə rastlaşdıra bilər.

ııı. Ermənistanın RF-lə hərbi əlaqələrinin digər bağlı sahəsi də görünür, ABŞ-ın diqqət dairəsinə daxil olub. Söhbət Ermənistandakı RF-in hərbi bazasının Ermənistanın dövlət büdcəsi tərəfindən maliyyələşdirilməsidir. Bu ABŞ tərəfdən baxdıqda  çox geniş spektrli və geniş şaxəli məsələdir. Söhbət 50-60 milyon dolların Rusiyaya verilməsindən getmir. Məsələnin mahiyyəti qat-qat böyükdür. RF-in hərbi bazasının Ermənistanda mövcud olma şərtləri dəyişməyincə, Ermənistan Türkiyəyə və Dağlıq Qarabağ məsələsinə  mövqeyini dəyişməyəcəkdir. Ermənistan Türkiyə və Azərbaycan təhlükəsi adı ilə öz büdcəsinin hesabına RF-in hərbi bazasını saxlayır. Ehtimal ki, ABŞ səfirinin parlamentdə və eləcə də hökumət üzvləri ilə keçirdiyi qapalı dinləmələrin əsas mövzusu budur.

Erməni mənşəli rusiyalı milyarder, “Ameriabank”ın sahibi R.Vardanyanın bütün şirkətləri RF-in dövlət sifarişi alan təşkilatlarının sırasından çıxarıldı. Bu Kremlin R.Vardanyana siyasi mesajı kimi başa düşülə bilər. R.Vardanyan bu yaxınlarda həbsxanada ölmüş Qarabağ mənşəli, mesenat “İzvestiya” holdinqinin sahibi L.Ayrapetyanın yolunu gedir. Ermənistan Rusiya pulunun ABŞ-a  yönləndirilməsi kanalına çevrilib. 2017-ci ildə bu  kanalla 196 milyon dollar RF pulu ABŞ-a köçürülüb.

1news.az

Paylaş:
646

Son xəbərlər

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09
Bütün xəbərlər