Süni intellektli süzən aviabomba yaradılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Süni intellektli süzən aviabomba yaradılıb

16:48 - 25 / 06 / 2019
Süni intellektli süzən aviabomba yaradılıb

İsrailin "Rafael" şirkəti müxtəlif obyektlər arasında verilmiş hədəfi aşkarlamağa imkan verən süni intellektə malik "Spice 250" adlı süzən aviasiya bombası yaradaraq uğurla sınaqdan keçirib.

1news.az ICTnews-a istinadən bildirir ki, hazırda süzən bombalar müxtəlif tuşlama sistemləri ilə təchiz edilirlər, lakin hədəf ətraf obyektlərə bənzəyən zaman sursat lazımi yerdə partlamaya bilər. "Spice 250" bombasının qeyri-adiliyi ondadır ki, quraşdırılmış süni intellekt üçölçülü modellərə malik məlumat bazası və təlim görmüş neyroşəbəkələr vasitəsilə hədəfi fərqləndirə bilir. Perspektivdə sursatın əsas hədəfi aşkarlamayacağı təqdirdə ikinci dərəcəli hədəfin avtomatik seçilməsi imkanının tətbiqi planlaşdırılır.

İsrailin yeni aviabombasının əsas xüsusiyyətlərinə gəldikdə, onun döyüş başlığının çəkisi 75 kq təşkil edir. Süzmə üçün qatlanan qanad bombaya atılma nöqtəsindən 100 km uzaqda yerləşən hədəfləri vurmağa imkan verir. Bundan başqa, "Spice 250" uçub yaxınlaşmaya bir neçə saniyə qalmış hədəfin vurulmasını ləğv edən sistemlə təchiz edilib, quraşdırılmış kameradan təsvirlər isə hədəfin vurulması anınadək qəbuledicidə göstərilir. Bombanın digər texniki xüsusiyyətləri barədə məlumat verilmir.

1news.az

Paylaş:
561

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər