Sumqayıt Texnologiyalar Parkı yeni “STP Panel” brendini təqdim edir - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sumqayıt Texnologiyalar Parkı yeni “STP Panel” brendini təqdim edir - FOTO

12:30 - 14 / 03 / 2019
Sumqayıt Texnologiyalar Parkı yeni  “STP  Panel” brendini təqdim edir - FOTO

Sumqayıt Texnologiyalar Parkı mart ayından etibarən “STP Panel” brendi altında olan məhsulları bazara təqdim edir. 

Artıq  müştərilər STP-nin Sendviç Panellər zavodunda istehsal olunan məhsulları  yeni brend altında əldə edə biləcəklər.

STP panel” brendi bir sıra məhsulları əhatə edəcək.

Bu brend əsasən sendviç panel, alüminium kompozit panel (Alkopan), metal profilli dam örtükləri (Profnastil), metal-kirəmit (Çerepitsa) kimi məhsullar bu ticarət nişanı ilə bazara təqdim ediləcək. 

STP panelin daş yun sendviç panelləri

STP Azərbaycanda ilk daş yun materialı ilə sendviç panel istehsal edən qurumdur. Son illərdə inşaat sektorunda daha qabaqcıl müasir texnoloji materiallardan istifadə olunur.

İzolyasiyanın tələb olunduğu hər sahə üçün ən müasir material isə daş yunu hesab edilir. Daş yunu təbii vulkanik süxurlardan əldə edilir. 1600 dərəcə istiliyə məruz qalan material daha sonra sıxılaraq lazımi formaya salınır. STP sendviç panellərin istehsalı zamanı ən yüksək keyfiyyətə malik daş yun materiallarından istifadə edir. Bu tip sendviç panellər xüsusilə yanğın riski yüksək olan binalara təklif olunur. Həm fasad, həm arakəsmə divarlar, həmçinin də dam örtüyü üçün istifadəyə uyğundur.

STP panelin poliuretan sendviç panelləri

Poliuretan sendviç panellərin istehsalı zamanı yüksək keyfiyyətli izosionat, poliol, pentan və katalizator kimi xammallardan istifadə olunur. “STP panel” çox yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək davamlılığı, səs izolyasiyası, korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir.

Demək olar ki, bütün iqlim zonalarında xarici divarlar və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə olunur. Ümumiyyətlə qeyd edtmək lazımdır ki, “STP panel”-in məhsulları öz rəqiblərindən nəzərə çarpacaq dərəcədə seçilir.  5 qabırğalı quruluşa malik olduğu üçün 600  kiloqrama qədər ağırlığa tab gətirir.  Dözümlü metal lövhələrdən istifadə edildiyi üçün tikinti zamanı istifadə edilən metal konstruksiyada qənaətə səbəb olur. 

Sifariş etmək üçün əlaqə saxlayın.

STP Azərbaycanda fəaliyyət göstərən inşaat materiallarının satışını və dağıtımını təşkil edən şirkətləri əməkdaşlığa dəvət edir. Sifarişçinin istəyinə uyğun qalınlıqda və rəngdə polad təbəqədən istifadə edən “STP panel” məhsullarını əldə etmək üçün  [email protected] email ünvanina yaza və ya  *0990 qısa nömrəsinə zəng edə  bilərsiniz. STP-nin potensialı müştərilərin sifarişini vaxtlı-vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməyə tam imkan verir.

2019-cu ildə qurulan STP 2014-cü ildən sendviç panel  istehsal edir.

Sumqayıt Texnologiyalar Parkı sendviç panellərin istehsalına 2014-сu ildən zavodun inşası ilə başlamışdır.  İlk gündən yüksək keyfiyyətli məhsullar bazarda özünü doğrultmuş və sifarişçilərin tələbatını tam qarşılamağı bacarmışdır. Bütün bunlar müəssisədə quraşdırılmış Almaniya, Türkiyə, Cənubi Koreya, Çin kimi ölkələrin ən müasir avadanlığı hesabına əldə edilib. 

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda  STP-də  mövcud  olan 13 zavodda 30-dan çox  istehsal sahəsi fəaliyyət göstərir.  Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün  geniş  çeşiddə  məhsullar istehsal edir.  Kabel, Polimer boru,  elektrik avadanlıqları,  metal konstruksiyalar, qəliblər, press formalar və  ştamplar bu məhsullardandır.

Reklam hüququnda

 

Paylaş:
1300

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər