Sudan Respublikasının KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sudan Respublikasının KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır – FOTO

16:25 - 18 / 12 / 2017
Sudan Respublikasının KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır – FOTO

AZƏRTAC Sudan Respublikasının media qurumları ilə təcrübəsini bölüşməyə və əməkdaşlıq əlaqələri qurmağa hazırdır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikir Sudanın bir sıra telekanallarının və qəzetlərinin, həmçinin turizm şirkətinin nümayəndələri ilə AZƏRTAC-da keçirilən görüşdə səslənib.

Sudanın Milli Televiziyası, “Əl-Şruq”, “Sudania24”, “Blue Nil” telekanalları, “Əl-Michər”, “İctimai rəy” qəzetləri jurnalistlərinin, “Abnos Co” turizm şirkəti təmsilçilərinin iştirak etdiyi görüşdə iki ölkənin daha da yaxınlaşması üçün mətbuatın sıx əlaqələr qurmasına ehtiyac olduğu vurğulanıb. Baş direktor Aslan Aslanov qeyd edib ki, Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri təşkilatının sədri, həmçinin Avropa Xəbər Agentlikləri Alyansının üzvü kimi AZƏRTAC 100-dən çox agentliklə əlaqələr qurmağa müvəffəq olub. “Agentliyimiz, eyni zamanda, müxtəlif ölkələrin televiziya və qəzetləri ilə də əməkdaşlıq edir. Bu baxımdan AZƏRTAC Sudanın həm milli informasiya agentliyi, həm də televiziya və qəzetləri ilə əlaqələr yaratmağa, birgə layihələr həyata keçirməyə hazırdır. Bu, xalqlarımızın bir-birini daha yaxından tanımasına yol aça bilər”, - deyə baş direktor bildirib.

Qonaqlara Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolu barədə məlumat verilib. Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin banisi olan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bakı hazırda dünyanı narahat edən bir çox qlobal problemlərin müzakirə olunduğu məkana çevrilib. Burada keçirilən mötəbər beynəlxalq forumlarda Nobel mükafatçıları, dövlət xadimləri, diplomatlar fəal iştirak edirlər. Ötən ilin noyabrında Dünya Xəbər Agentliklərinin Bakı Konqresində 80-dən çox ölkənin 200-dək təmsilçisi və media ekspertləri səmərəli müzakirələr aparıblar.

 “Əl-Şruq” telekanalının əməkdaşı xanım İkram Məhəmməd Abdulla qeyd edib ki, Sudan hazırda dünyaya çıxış üçün mətbuatın imkanlarından geniş istifadə etməyə çalışır. “Bu istiqamətdə böyük təcrübəsi olan və dünyanın nüfuzlu media təşkilatlarına sədrlik edən AZƏRTAC ilə əlaqələrin qurulmasını çox istəyirik. Düşünürəm ki, təcrübə mübadiləsində də bizə çox kömək edə bilərsiniz”, - deyə o qeyd edib.

Görüşdə qonaqların Azərbaycandakı tolerantlıq mühiti, sağlamlıq turizmi ilə bağlı sualları cavablandırılıb. Onlar, həmçinin ölkənin turizm infrastrukturu barədə məlumatlandırılıb.

Müzakirələrdə müasir medianın inkişaf tendensiyaları, birgə layihələrin reallaşdırılması imkanları, qarşılıqlı səfərlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sudanlı jurnalistlər AZƏRTAC-ın fotoinformasiya baş redaksiyası və videoxəbər xidmətinin fəaliyyəti ilə də tanış olublar.

S.Xankişiyeva

Paylaş:
737

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər