Sudan parlamentinin spikeri Bakıya gəlir
Sudan parlamentinin(Milli Assambleya) spikeri İbrahim Əhməd Ömər sentyabrın 19-da Azərbaycana səfər edəcək.
Bu barədə 1news.az-a Sudanın Bakıdakı səfiri Abbas Mustafa Əhməd Abdallay məlumat verib.
Onun sözlərinə görə, spiker rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan parlamentinin yaradılmasının 100-cü ildönümü münasibətilə tədbirdə iştirak edəcək.
Üç günlük səfər çərçivəsində spikerin bir sıra görüşlər keçirməsi də nəzərdə tutulub.
P.Sultanova
630