STP ilklər siyahısına Danimarkanı da əlavə etdi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

STP ilklər siyahısına Danimarkanı da əlavə etdi – FOTO

11:00 - 17 / 12 / 2018
STP ilklər siyahısına Danimarkanı da əlavə etdi – FOTO

Dünya bazarında “Made in Azerbaijan” brendinin ən uğurlu təmsilçilərindən biri olan Sumqayıt Texnologiyalar Parkı (STP) Azərbaycan ixracat tarixində ilklərə imza atmaqda davam edir.

Belə ki, Texnopark Avropanın inkişaf etmiş ölkələrindən biri olan Danimarkaya müxtəlif növ alüminium profillərin ixracını həyata keçirdib. 2018-ci ilin noyabrında Danirmarkanın özəl şirkəti ilə 110 tonluq alüminium profil satışı ilə bağlı müqavilə bağlanıb. Sifarişçi şirkətin istəyinə uyğun qəliblər hazırlanaraq istehsala başlayan müəssisə dekabrın 8-də sifarişi tamamlayıb və  17 dekabr 2018-ci il tarixdə məhsullar müştəriyə yola salınıb. 

2014-ci ildə istismara verilən STP-nin Alüminium Zavodu fasad və standart formada olmaqla isti və soyuq seriyalı profillər, alüminium boşluqlar, pəncərə sistemləri, alüminium elektrik şinləri, habelə müştərinin istəyinə uyğun digər alüminum məhsulları istehsal olunur. İstifadə olunan xammal alüminium əritmə və pəstahlama sahəsində emal edilir. Zavodda alüminium profillərin istehsalı ilə yanaşı toz boya, alüminium əritmə və pəstahlama, mis əritmə sahələri fəaliyyət göstərir. Sobaların illik məhsuldarlığı 30 000 ton, toz boya sahəsinin aylıq layihə gücü 240 tondur. Məhsulların istehsalında əsasən Gəncə istehsalı olan yerli xammaldan istifadə edilir. Bu həm məhsulun ucuz başa gəlməsinə, həm də Azərbaycan iqtisadiyyatında əlaqəli sahələrin inkişafına səbəb olur.   

STP-nin Alüminium Profillər Zavodunun istehsal etdiyi bütün məhsullar həm kimyəvi, həm də fiziki xüsusiyyətlərinə, eləcə də beynəlxalq tələblərə tam cavab verdiyinə görə xarici bazarlarda yüksək maraqla qarşılanır.

Beynəlxalq bazarlarda uğurlu satış strategiyası nümayiş etdirən Sumqayıt Texnologiyalar Parkı günümüzə kimi Almaniya, İngiltərə, Danimarka, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan kimi ölkələrə istehsal etdiyi bir çox məhsulların ixracını həyata keçirməyi bacarıb. Texnoparkın gələcək məqsədləri isə Asiya və Avropa bazarında olan satış əməliyyatlarını artırmaqla yanaşı, Afrika və Yaxın Şərq kimi regionların ölkələrinə də daxil olmaqdır.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda  STP-də  mövcud  olan 13 zavodda 30-dan çox  istehsal sahəsi fəaliyyət göstərir. Bu sahələr  neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sahələri üçün  geniş  çeşiddə  məhsullarla  təmin edir.  Kabel, Polimer boru,  elektrik avadanlıqları,  metal konstruksiyalar, qəliblər, press formalar və  ştamplar bu məhsullardandır.

Xüsusilə qeyd etmək lazımdır ki, STP 500 Kv-luq ifrat yüksək gərginlikli elektrik kabellərinin, Lan və fiberoptik kabellərin, 1200 mm PE  100 borularının regionda yeganə istehsalçısıdır. 

Parkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub və istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var.

Reklam hüququnda

Paylaş:
703

Son xəbərlər

6 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38
Bütün xəbərlər