İstanbulda Asiya və Avropanı birləşdirən “Avrasiya” tunelinin açılışı olub | 1news.az | Xəbərlər
Dünya

İstanbulda Asiya və Avropanı birləşdirən “Avrasiya” tunelinin açılışı olub

18:11 - 20 / 12 / 2016
İstanbulda Asiya və Avropanı birləşdirən “Avrasiya” tunelinin açılışı olub

İstanbulda Asiya və Avropa qitələrini dənizin altından avtomobil yolu ilə birləşdirən Avrasiya Tunelinin açılışı olub.

Açılış mərasimində dövlət və hökumət nümayəndələri, eləcə də xarici ölkələri təmsil edən çox sayda rəsmi təmsilçi, Türkiyə ictimaiyyətinin görkəmli şəxsləri iştirak edib.

Mərasimdə Azərbaycanı nəqliyyat naziri Ziya Məmmədov təmsil edib.

Rəsmi açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Mərkəzinin sədri İsmayıl Kahraman, Baş nazir Binəli Yıldırımın çıxışları dinlənilib.

Çıxışlarda Avrasiya tunelinin əhəmiyyəti, Türkiyədə perspektivdə olan digər layihələr, o cümlədən gündəlikdə olan siyasi məsələlərdən danışılıb.

Məlumat verilib ki, İstanbulun nəqliyyat problemini köklü həll edəcək tunelin istifadəyə verilməsi ilə iki qitə arasındakı məsafəni avtomobil ilə 15 dəqiqəyə qət etmək mümkün olacaq. Dənizin 106 metr dərinliyində tikilən Avrasiya Tuneli ikimərtəbəli yol ilə avtomobillərin hərəkəti üçün nəzərdə tutulub. Layihənin ümumi uzunluğu 14,6 kilometrdir. 5,4 kilometrlik hissəsi isə dənizin altına xüsusi texnologiya ilə inşa edilən ikimərtəbəli tuneldən ibarətdir.

Anadolu

Paylaş:
1175

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər