Şri-Lankada terror aktlarını yeddi kamikadze törədib | 1news.az | Xəbərlər
Dünya

Şri-Lankada terror aktlarını yeddi kamikadze törədib

12:23 - 22 / 04 / 2019
Şri-Lankada terror aktlarını yeddi kamikadze törədib

Şri-Lankada terror aktlarını yeddi kamikadzenin həyata keçirdiyi ehtimal edilir.

1news.az Associated Press-ə istinadla xəbər verir ki, təhqiqatçılar insan cəsədlərini analiz edərək belə nəticəyə gəliblər. Burada 8 partlayışdan 6-dan söhbət gedir. Kolombo şəhərində “Şanqri-La” otelinə hücumda iki, digər partlayışların hərəsində isə bir terrorçu-kamikadze iştirak edib.

Xatırladaq ki, ötən bazar günü pasxa bayramı zamanı Şri-Lankada partlayışlar törədilib. İlk 6 partlayış 3 kilsə və 3 oteldə qeydə alınıb, 7-ci partlayış adanın qərbində, 8-ci partlayış isə Kolombo şəhəri yaxınlığında yerləşən yaşayış kompleksində baş verib. Son məlumata görə, hücumlar nəticəsində həlak olanların sayı 290 nəfərə çatıb, 500-ə yaxın insan isə yaralanıb. Həlak olanların arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Çin, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları da var.

Şri-Lanka ordusu təhlükəsizliyi təmin etmək üçün ölkənin paytaxtı Kolomboya mindən artıq hərbçi göndərib. Hadisə ilə bağlı 24 nəfərin saxlanıldığı bildirilir.

1news.az

Paylaş:
535

Sizin üçün xəbərlər

Son xəbərlər

İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45
Bütün xəbərlər